ArxivXəbər lentiXəbərlər

BMT Səudiyyə Ərəbistanını “qara siyahı”ya saldı

Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı koalisiya qüvvələri Yəməndəki insan hüquqları pozuntuları ilə təxminən 700 uşağın ölümünə və xəsarət almasına səbəb olduğu üçün yenidən Birləşmiş Millətlər Təşkilatının (BMT) “qara siyahı”sına salınıb.

 

BMT baş katibi Antonio Quterreş “Uşaqlar və Silahlı Münaqişələr” hesabatını BMT Təhlükəsizlik Şurasına təqdim edib.

Hesabata əlavə olunan qara siyahıda bu il Səudiyyə Ərəbistanı da yer alıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı koalisiya qüvvələri Yəməndəki insan haqları pozuntuları ilə keçən il BMT-nin qara siyahısına qısa müddətə salınmış, ancaq daha sonra siyahıdan çıxarılmışdı.

Hesabata görə, Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı koalisiya qüvvələri Yəməndə 2016-cı ildə 683 uşağın ölümünə və xəsarət almasına səbəb olub, həmçinin 38 xəstəxana və məktəbi dağıdıb. BMT Səudiyyə Ərəbistanı lazımi tədbirlər görənə qədər bu ölkəyə silah satışlarının təxirə salınması çağırışı da edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button