ArxivXəbər lentiXəbərlər

8 ölkə dollara qarşı birləşdi

“D-8” İqtisadi Əməkdaşlıq Təşkilatı dollar asılılığından qurtulmaq üçün vahid ideya ətrafında birləşib. FaktXəbər “Anadolu”ya istinadən bildirir ki, bu barədə “D-8″in baş katibi Dato Ku Cəfər Ku Şari məlumat verib.
Onun sözlərinə görə, 8 ölkə arasında milli pul vahidləri üzərindən tərəfdaş kimi istifadə ediləcək kart sistemi hazırlanacaq və bunun vasitəsilə üzv ölkələr arasında itki olmadan mübadilə həyata keçirilmək nəzərdə tutulub.

Qeyd edək ki, “D-8” Türkiyənin baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 22 oktyabr 1996-cı ildə İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransı ilə qurulub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button