ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rüfət Səfərov: Məhkəmə qərarı olmadan insanları casus kimi təqdim edirlər

 Rüfət Səfərov deyib ki, heç bir ictimai təhlükəli əməli olmayan inanclı şəxslər həbs edilir və bu dəfə casusluqda, dövlətə xəyanətdə yox, növbətçi ittiham üzrə yəni narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunurlar. Sübutlar ortada yoxdur. Təxmini hesablamalarımıza görə, bu gün Azərbaycanda 400-dən artıq inanclı şəxs həbs edilib. Təkcə Müsəlman Birliyi Hərəkatından 50-yə yaxın şəxs son dövrlərdə təqib altındadır. Eyni zamanda çəkilişlər aparıb, saxlayırlar. İşgəncələr də, pis rəftarlar da olur.
Onun sözlərinə görə, bu gün Azərbaycan cəmiyyəti sanki rəsmi hüquq sistemindən bir az da irəli gedib baş verən ağır repressiv tədbirlərə haqq qazandırır. Ortada qanuni qüvvəyə minmiş məhkəmə qərarları olmadan insanları bəri başdan cinayətkar, casus, dövlətə xəyanət edən şəxs kimi təqdim eləmək təqsirsizlik prezumpsiyası deyilən çox ciddi hüquqi instituta hörmətsizlik əlaməti kimi qiymətləndirilməlidir.
Hüquq müdafiəçisi sonra qeyd edib: “Bu gün ölkəmizdə bərabərlik, ədalət, azadlıq, ləyaqət kimi anlayışlar təhlükə altındadır. Məhkəmələrin durumu hansı vəziyyətdədir? Deməyə ehtiyac yoxdur. Bu gün Azərbaycan xalqı suveren deyil. Yəni insanlar öz müqəddaratını sərbəst surətdə təyin edə bilmir, ölkədə 182 nəfər siyası motivlə həbs olunan şəxs var.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button