ArxivXəbər lentiXəbərlər

Dərbənddə məktəblilər üçün `Terrorizm – ümumdünya problemi` dəyirmi masa – FOTO

Dərbənddə “Terrorizm – ümumdünya problemi” – məktəblilər üçün dəyirmi masa təşkil olunub.

Maide.Az xəbər verir ki, Dərbənddə mart ayının 15-dən aprel ayının 15-dək orta məktəblərdə “Terrorizm – ümumdünya problem” adı altında dəyirmi masalar təşkil olunur.

Dərbənd “Came” məscidinin ruhanisi Hacı Eldar İbrahimov Maide.Az-a açıqlamasında bildirib ki, bu dəyirmi masaların təşkilində məqsəd məktəbliləri terrorizmin təhlükəsi ilə bağlı maarifləndirməkdir. O əlavə edib ki, dəyirmi masada valideynlərin uşaqların tərbiyəsində rolu, yeniyetmə və gənclərin elmi səviyyəsinin artırılması, onların həyatdakı məqsədləri və gəncləri təkfirçi terrorçu qruplara yönəldən işsizlik probleminin həlli kimi məsələlər müzakirə olunur. Bu problemlərin həlli üçün məsləhətlər verilir. /

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button