ArxivXəbər lentiXəbərlər

İran barədə yayılan xəbər yalan çıxdı

İran İslam Respublikasına ay ərzində azərbaycanlıların yalnız iki dəfə getməsi haqda yayılan xəbərlər həqiqəti əks etdirmir
İran səfirliyi: “İran Azərbaycan vətəndaşları ilə bağlı heç bir məhdudiyyət qoymayıb”. İslamazeri.az-a daxil olan məlumata görə, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Məhəmməd Ayətullahisərhəd keçid məntəqələrində Azərbaycan Respublikası vətəndaşları üçün məhdudiyyət qoyulması ilə bağlı yayılan xəbərləri təkzib edib. Bildirib ki, İran Azərbaycan vətəndaşları ilə bağlı heç bir məhdudiyyət qoymayıb. O, İran İslam Respublikasının Azərbaycan və İran xalqları arasında əlaqələrın güclənməsində maraqlı olduğunu vurğulayaraq əlavə edib ki, Azərbaycan vətəndaşları viza rejiminin ləğv olunması haqqında qanundan istifadə edərək, istənilən zaman İrana səfər edə bilərlər. Ayətullahi bildirib ki, İran nəinki Azərbaycan vətəndaşlarının İrana səfərinə məhdudiyyət qoyulmasını istəmir, hətta gediş-gəlişin asanlaşdırılması üçün sərhəd keçid məntəqələrinin iş saatını artırır. Qeyd edək ki, bəzi KİV-lər məlumat yayıblar ki, İran sərhəd keçid məntəqələri ilə bağlı yeni qayda tətbiq edıb. Bu qaydaya görə, Azərbaycan vətəndaşları İrana ayda iki dəfədən artıq buraxılmayacaqlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button