ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

RİA Novosti separatçı ilə müsahibəni silib

RİA Novosti agentliyinin bu addımı Azərbaycanda ictimaiyyətin və Xarici İşlər Nazirliyinin narazılığına səbəb olmuşdu.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirmişdi ki, Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir və beləliklə də ciddi təəssüf doğurur.

Rusiya xarici işlər naziri Sergey Lavrov da dünən İrəvanda erməni həmkarı ilə birgə mətbuat konfransında etdiyi çıxışında Fərrux kəndi barədə verilən suala cavabında delimitasiya sözündən istifadə etmişdi ki, o da Azərbaycan Respublikasının reaksiyasına səbəb oldu və sonra Rusiya XİN-in rəsmi veb saytında Lavrovun açıqlamasının bu hissəsinə düzəliş edildi.

Bəzi ekspertlər Rusiya tərəfindən biri-birinin ardınca müşahidə olunan bu kimi münasibətlərin rəsmi Bakıya mesaj xarakteri daşıdığını deyirlər.

ABŞ prezidenti Co Baydenin Azərbaycan Respublikası prezidenti İlham Əliyevə son məktublarında anti-Rusiya təlimatların yer alması eləcə də dünən ABŞ-ın Bakıdakı səfiri Li Litzenbergerin “Azərbaycan ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaları pozmur” deməsi Rusiyanı qıcıqlandırır və rəsmi Moskva bəzi səhvə oxşar hərəkətlərlə Azərbaycan Respublikasına mesaj vermək istəyir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button