ArxivXəbər lentiXəbərlər

Müdafiə Nazirliyinin rəsmisi: “Düşmən ötən gün itki verib, gizlədir”

“Ermənistan silahlı qüvvələri sistemli şəkildə Azərbaycan ordusunun mövqelərinə atəş açır.”

FaktXəbər-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı XİN və Baş prokurorluğun rəsmi nümayəndələri ilə birlikdə keçirdiyi xüsusi brifinqdə bildirib. Dərgahlı deyib ki, Ermənistan ordusunun son hücumu birbaşa mülki şəxslərə qarşı yönəlmişdi. “Azərbaycan ordusu dərhal cavab zərbələri endirib. Düşmən itki verib, hərçənd bunu gizlədir”-Dərgahlı jurnalistlərə bildirib.

Qeyd edək ki, bu gün ermənilərin sosial şəbəələrdə ən aktiv səhifələrindən biri olan “Armenians” cəbhədə 5 hərbçinin öldüyünü, 3-nün isə yaralandığını açıqlayıb.

“Report”un yazdığına görə, xəbərdə qeyd olunur ki, Xankəndi hospitalına 5 ölü, 4 yaralı hərbi qulluqçu aparılıb. Hazırda ölən və yaralıların adları dəqıqləşdirilir.

“Ermənistan Müdafiə Nazirliyi komandanlığı bu rejimlə bərabər xalqdan həqiqəti nə məqsədlə gizlədir? Cəbhədə davam edən gərginlikdən sonra həmişə olduğu kimi ordunun itki vermədiyi haqqında məlumat verildi. Aprel döyüşlərində də belə edirdilər. Ordu komandanlığı dəyişdi, amma itkilərin sayında heç nə dəyişmədi”, – məlumatda bildirilir.

Məlumatda həmçinin qeyd olunub ki, Ağdərədə (Mardakert) yerləşən hərbi hissələrdən birində hərbi qulluqçular arasında kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button