ArxivXəbər lentiXəbərlər

Ermənistan NATO-nun Gürcüstandakı manevrində iştirak etmir

Ermənistan parlamenti Azərbaycan silahlı qüvvələrinin NATO-nun Gürcüstandakı manevrində iştirak etməsinə görə, bu ölkənin həmin manevrdə iştirak etməyəcəyini bildirib.

Ermənistan parlamentinin sədr müavini Edvard Şarmazanov çərşənbə axşamı deyib: İrəvan Türkiyə və Azərbaycanın olmadığı manevrlərdə iştirak edir.

Bundan öncə Ermənistan NATO-nun manevrində iştirakdan çəkinməsinin səbəbini bu manevrdə iştirak üzrə proqrama malik olmaması elan etmişdi.

NATO-nun Gürcüstanda keçirilən manevrində Gürcüstan, Amerika, Bolqarıstan, Rumıniya və Ukrayna hərbçiləri iştirak edir.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button