ArxivIslamNardaranSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Razi Hümbətovun məhkəməsi bu gün davam edəcək-Yenilənib

Bu gün ictimai fəal Razi Hümbətovun Bakı Ağır Cinayətlər Məhkəməsində nəzərdə tutulan prossesi şahidlərin məhkəməyə gəlməməsi səbəbi ilə 18 noyabr tatixinə qədər təxirə salınıb.

****

Müsəlman Birliyi Hərəkatının üzvü, ictimai fəal Razı Hümbətovun növbəti məhkəmə iclası bu gün saat 16:30-da davam edəcək. Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək dinləmələr pandemiya səbəbindən ümumi kütləyə qapalıdır.

Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətov 7 İyul 2021-ci ildə saxlanılmış və ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham irəli sürülmüşdü. Bakının Nərimanov rayon Məhkəməsi Hümbətov barəsində həbs qətimkan tədbiri seçmişdi. O özü ittihamları qəbul etmir və bütün bunları onun siyasi baxışları səbəbindən saxta olaraq dəyərləndirir. Razi Hümbətov yaşadığı məntəqədə narkotika ilə mübarizədə seçilən gənc olaraq tanınır. Qəribəsi də onun məhz narkotika iddihamı isə saxlanılmasıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button