ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

RATİ Azərbaycan hakimiyyətini repressiyalara son qoymağa çağırıb

RATİ-nin bəyanatında deyilir: “Bu yaxınlarda, 21 aprel 2022-ci ildə, ehtimal ki, Azərbaycanın təhlükəsizlik qüvvələrinin əməkdaşı olan bir qrup maskalı şəxs tərəfindən işgəncə və təhqir altında oğurlanan tanınmış bloger və fəal Bəxtiyar Hacıyev Azərbaycan Daxili İşlər Nazirliyində baş verən özbaşınalıqlarla bağlı tənqidi materialları silməyə məcbur edilib. 2 ay əvvəl törədilmiş jurnalist Əvəz Şıxməmmədovun (yaradıcı təxəllüsü Əvəz Hafizli) şok qətli, bu yaxınlarda jurnalist Aytən Məmmədovaya dəhşətli hücum, araşdırmaçı jurnalistlərə məmurların artan hədələri, həbsxanada olan jurnalistlər Polad Aslanov v Elçin Məmməda qarşı bu yaxınlarda baş verən zorakılıqlar, bir sıra Avropa ölkələrində yaşayan blogerlər amansız hücumlar onu deməyə əsas verir ki, Azərbaycan hakimiyyəti öz tənqidçilərinə qarşı yeni repressiya kampaniyasına başlayıb və bu, şübhəsiz ki, davam edəcək və yaxın gələcəkdə daha da sərtləşəcək”, – RATİ sədri Emin Hüseynov qeyd edib.

RATI Azərbaycan hakimiyyətini böhtan atmaqla həbs etdiyi  jurnalistləri azad etməyə diffamasiyanı tamamilə dekriminallaşdırmağa, tənqidçilərin siyasi motivli qanunsuz təqibinə son qoymağa və jurnalistləri hədələmək praktikasını tamamilə dayandırmağa, onlara peşəkar fəaliyyətlərini davam etdirmək üçün təhlükəsiz şərait yaratmağa çağırır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button