ArxivXəbər lentiXəbərlər

İran-Azərbayca ticarət mübadilələri həcmi 75% artıb

İran ilə Azərbaycan Respublikası arasında ticarət əlaqələri öncəki illlərlə müqayisədə inkişaf tempinə malik olubdur.

IRIB-nin Bakı ofisinin məlumatına görə, müxtəlif istiqamətlərdə, xüsusən iqtisadi sahədə iki ölkə əlaqələrinin inkişaf tempinə təkan vermək istiqamətində atılmış əsaslı addımlarla cari ildə qarşılıqlı ticarət mübadilələri həcmi ötən ilin oxşar dövrü ilə müqayisədə 75% artıbdır.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Müstafayev bu barədə deyib: İran və Azərbaycan Respublikasının ticarət əlaqələri iki ölkə prezidentlərinin iradəsilə inkişafdadır və iki ölkə rəsmiləri arasıAznda neft və enerji, nəqliyyat, sənaye və ticarət sahələrində imzalanmış razılaşmalar və sənədlərə əsasən, yaxşı əməkdaşlıqlara malikik.

Mustafayev əlavə edib: İki ölkənin imkanlarına əsasən, qarşılıqlı ticarət mübadilələri həcmi proqramlaşdırmalar ilə hazırkı vəziyyətdəkindən bir neçə dəfə çox arta bilər.

İranın gömrük rəsmilərinin bildirdiklərinə görə, İran mallarının ixrac olunduğu 15 ölkə arasında Azərbaycan Respublikası Cənubi Koreya, Tayvan və Oman ilə yanaşı, bu ilin səkkiz ayında İrandan mal ixracatının nəzərəçarpacaq dərəcədə artdığı dörd ölkədən biridir.

İran-Azərbaycan Respublikası Müştərək İqtisadi Komisiyyasının həmsədri Mahmud Vaizi iki ölkə həmkarlıqlarının və qarşılıqlı ticarət mübadilələri həcminin 75%-dək artmasına toxunaraq, söyləyib: Son zamanlar razılığa gəlmişik ki, iki ölkənin bir-birinə ixrac olunan mallarının siyahısını hazırlayaq və lazımı imkanlar yaratmaq, o sıradan gömrük tarifini azaltmaqla qarşılıqlı ticarət mübadilələri həcmini artıraq.

İran ilə Azərbaycan Respublikası arasında qeyri-neft malları üzrə ticarət mübadilələri həcmi hazırda ildə beş yüz milyon tondur ki, bu miqdar uzun müştərək sərhədərin, üç sərhəd keçidinin və ticarət inkişafına lazım olan infrastrukturların mövcud olmasına görə, bir neçə qat artmaq imkanına malikdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button