AktualAktualArxivQadin və hicabXəbər lentiXəbərlər

Azərbaycanda hicab qadağası

Müsəlman qadınların örtüyü İlahi qanun, mədəni bir zərurət kimi həmişə İslami cəmiyyətlərin, mütəfəkkirlərin və dövlət rəhbərlərinin diqqətində maraq dairəsində olmuşdur.

Qafqaz.ir-Müsəlman qadınların dini örtüyü İlahi qanun, mədəni və ictimai bir zərurət kimi həmişə İslami cəmiyyətlərin, mədəniyyət adamlarının və dövlətlərin diqqətində maraq dairəsində olmuşdur.

Hicab dedikdə qadının izzət, ucalıq, şərəf, kəramət və giramiliyi nəzərdə tutulur. Müsəlman qadın öz izzət, şəxsiyyət və ülvi dəyərlərini “rahat yaşamağa” satmır. Müsəlman qadın hicabı tərk etməyə məcbur edilərsə, məcbur edildiyi məkandan hicrət etməli və hicabının toxunulmazlığı qorunan bir yerdə yaşamalıdır.

Bu İlahi qanun bəzi ölkələrdə bir sıra problemlərlə üzləşir. Bu ölkələrdə hicabı məhdud edən qanunlar qoyulur. Qambiya kimi bir dövlət hicabı dövlətin qadın işçiləri üçün vacib bildiyi halda Nigeriya və Azərbaycan kimi müsəlman dövlətləri də vardır ki, müxtəlif bəhanələrlə hicab üçün məhdudiyyət yaradırlar.

Azərbaycan respublikası Orta Asiyada İrandan sonra dünyanın 2-ci şiə dövlətidir. Bu ölkənin cəmiyyətinin 95 faizi müsəlmandır və müsəlmanların 85 %-i şiə və 15 faizi isə əhl-sünnədir.

Azərbaycan dövləti 1995-ci ildən qadın hüquqlarının qorunması konvensiyasına qoşulmuş və qadınlara qarşı hər cür zorakılığın, o cümlədən cimsi zərər, psixi və ruhi zərər almasının, təhsil hüquqlarının tapdanmasının, ictimai azadlığının pozulmasının, qarşısını almağı öhdəsinə götürmüşdür.

Azərbaycan respublikasında hicablı qadın üçün dövlət sənədlərinin hicablı şəkil ilə verilməsi, məktəblərdə qız uşaqlarının hicabla dərs oxuması, müctəhidlərin dəftərxanasının fəaliyyəti, əməl risalələrinin satışı, xiyabanda əzadarlıq etmək və xaricdə dərs oxuyan dini tələbələrin, xüsusilə də İranda dərs oxuyan tələbələrin dini fəaliyyətinə qadağa qoymaq dindarların üzləşdiyi əsas problemlərdir.

Azərbaycanın hicablı qadınları öz hüquqlarının müdafiəsinə qalxaraq etiraz aksiyaları keçirdikləri zaman da dövlət polisləri tərəfindən həbs və döyülməyə məruz qaldılar.

Dövlət rəsmiləri dövlət qanunda hicab qadağası olmadığı halda, hicaba qarşı bu özbaşınalığı ört-basdır etmət və bu qeyri-qanuni cinayətləri üçün ölkələrinin laik və sekular bir dövlət olmasını bəhanə kimi göstərirlər. Əslində isə bu qadağanın mahiyyəti tam siyasidir və dövlət İslamçıların ölkədə çoxalmasından qorxur. Həmçinin dövlət özünü qərbli ağalarının yanında “modernist” kimi göstərmək istəyir.

İslamçılar isə ölkədə sekularizmin inkişafını sionistlərin proqramı kimi dəyərləndirirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button