ArxivXəbər lentiXəbərlər

“ABŞ-ın İranla müharibəyə başlaması, İsrailin bir dövlət kimi məhvinə səbəb olacaq”

Bu fikirləri Trampın nüvə sazişindən imtina etməsi ilə bağlı qərarı şərh edərkən tanınmış politoloq Zərdüşt Əlizadə səsləndirib.

O, bildirib ki, İranla nüvə müqaviləsi uzun illər davam edən gərgin diplomatik fəaliyyətin və danışıqların nəticəsi idi:” Nəticədə Barak Obamanın prezidentliyi dövründə belə bir müqavilə imzalandı. Hər kəs bu müqavilənin xeyirindən bəhs edirdi. Lakin təxribatçı və işğalçı İsrail dövləti bununla razılaşmadı. Kürəkəni sionist olan Trampdan istifadə edərək , “şoumen” i İranın üzərinə saldılar”.

Zərdüşt Əlizadənin sözlərinə görə, Tramp özü daxildə çox böyük təzyiqlərlə üz-üzədir: “ Təcrübə göstərir ki, ABŞ prezidentləri vəzifə itirmək təhlükəsi ilə üz-üzə qalanda hansısa bir dövlətə qarşı müharibəyə başlayırlar. Çünki müharibə vəziyyətində olan cəmiyyəti və milləti öz ətrafına toplamaq asandır. Bill Klinton impiçmentlə üzləşdiyi zaman Yuqoslaviyaya qarşı müharibəyə başladı və öz hakimiyyətini qoruya bildi. İndi də Tramp impiçment təhlükəsi qarşısındadır və İranla müharibəyə başlamaq istəyir”.

Politoloq əlavə edib ki, avropa ölkələri, o cümıədən Rusiya və Çin sazişin ləğvinin əleyhinədirlər: “ABŞ təkbaşına sanksiya tətbiq etsə, avropa, Rusiya və Çin bunu dəstəkləməsə, o zaman bu təzyiqlərin təsir gücü sıfıra bərabər olacaq. Hətta Tramp hərbi təcavüzə başlasa, bu İsrailin bir dövlət kimi sonuna gətirəcək. Lakin insan hüquq və qanunlarını tapdalayan İsrail təxribatçı mövqeyindən əl çəkmək istəmir. Məqsəd isə İsrailə tabe olmayan bütün müsəlman dövlətlərini məhv etməkdir. Ona görə də, İranla müharibə ehtimalı zəif olsa da, istisna edilmir. Çünki ABŞ prezidentlərinin “əxlaqını”, “davranışlarını”, “düşüncə tərzləri” ni nəzərə almaq lazımdır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button