AktualAktualArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ramin Hacılı vaxt istədi, məhkəmə təxirə salındı

Ötən il saxlanılan ictimai fəal Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

qafqaz.ir xəbər verir ki, o, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.

Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, R. Hacılı Cinayət Məcəlləsinin 178, 308 312, 313, 318, 320 və 324-cü maddələri ilə ittiham olunur.

Proses zamanı Ramin Hacılı dövlət ittihamçısına və məhkəmə tərkibinə etiraz edib. O, barəsində daha əvvəlki məhkəmə proseslərində qərəzli qərarlar çıxarıldığını, buna görə də məhkəmə tərkibi barəsində araşdırma aparmaq istədiyini bildirib:

“Mənim daha əvvəl Nəsimi Rayon Məhkəməsində olan işimə qərəzlə yanaşan dövlət ittihamçısı Bakı Apellyasiya Məhkəməsində də yenidən mənim işimə təyin olunmuşdu. Ona görə də mənə iki həftə vaxt verin, mən araşdırma aparım. Mənim eyni anda başqa məhkəmələrdə də işlərim var. Hamısına eyni anda hazırlaşa bilmərəm”.

Onun xahişi ilə proses iyunun 1-nə təxirə salınıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button