ArxivXəbər lentiXəbərlər

Azərbaycan prezidenti türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Azərbaycan prezidenti cənab İlham Əliyev İstanbulda onlarla polis əməkdaşının ölümünə yol açan qanlı terror aktını qınayıb.

APA-nın verdiyi məlumata görə, İlham Əliyev bu gün(çərşənbə axşamı) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı müraciəti ünvanlayıb.

Prezident İlham Əliyev İstanbulda törədilmiş partlayış nəticəsində insanların həlak olması və yaralanmasına görə başsağlığı verərək, terrorizmin bütün təzahürlərinə qarşı ən kəskin şəkildə mübarizə aparılmasının vacibliyini vurğulayıb.

İstanbul şəhər polis idarəsi bu gün bir avtobus dayanacağında bomba quraşdırılmış bir avtomobilin partladılması nəticəsində 11 nəfərin ölməsi, 36 nəfərin isə yaralanmasından xəbər verib.

NTV telekanalı yaralılardan birinin Azərbaycan vətəndaşı olduğunu bildirib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button