ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ramazanın 9-cu gününün duası

Allahın razılığı ən üstün nemətdir - Ramazanın 9-cu gününün duası

“Mömin Allahı qəzəbləndirən amillərdən uzaq durmalı, onu razı salan işlərə doğru can atmalıdır”

 bu gün mübarək Ramazan ayının 9-cu günüdür.

Hədislərdə bu gün üçün nəzərdə tutulmuş münacatda inanclılara Allahdan böyük nemətləri diləmək tövsiyə edilir.

Bu diləklərin arasında Allahın razılığı ən üstün nemət kimi qiymətləndirilir. Qurani-kərimdə tövbə surəsinin 72-ci ayəsində mömin kişi və qadınlar əbədi cənnətlə müjdələnirlər. Lakin ayənin sonunda bildirilir ki, Allahın mömindən razı qalması daha böyük bir ilahi məqamdır.

Ramazan ayının 9-cu gününün duası:

“Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin.”

Tərcüməsi:

İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına bais olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi!

Qeyd edək ki, hər il olduğu kimi bu il də İnterAz televiziya kanalı və SalamNews İnformasiya Agentliyi Ramazan ayı münasibətilə ənənəvi aksiyanı davam etdirəcək. Aksiyanın şüarı “İsrafçılıq və dəbdəbədən uzaq, sadə iftar süfrəsi”dir. Eyni zamanda, aksiya imkanı olan hər kəsi ehtiyac duyan insanlara kömək etməyə dəvət edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button