ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

MBH Pişəvərdə baş verən terror hadisəsini qınadı

Müsəlman Birliyi hərəkatı ötən gün Pakıstanın Pişəvər şəhərində, məsciddə törədilən terror aktını qınıyıb. 60-yaxın insanın şəhid olduğu və 190-dan artıq şəxsin yaralandığı hadisə ilə bağlı hərəkatın yaydığı bəyanatda deyilir: 

 

“Allah evində, toxunulmaz və əminəmanlıq məkanında növbəti terror hadisəsi və bunun neçə-neçə günahsiz qurbanları. Təəssüf ki, Qərbin, xüsusi olaraq Amerikanın məhz İslam əleyhinə hazırlanmış İŞİD modeli İslam ölkələrində öz yırtıcı əməllərini davam etdirməkdədir. Ötən gün Cümə namazı vaxtı Pakıstanın Pişəvər şəhərində İŞİD-in növbəti terror aktı azyaşlı uşaqların da yer aldığı 56-insanın canını aldı. Şübhəsiz, 190-dan artıq şəxsin yaralandığı terror aktı insanlıqdan kənar varlıqların insanlıq əleyhinə törətdikləri ən qəddar cinayət aktlarından biridir.

Baş verən qanlı olayla bağlı biz, Müsəlman Birliyi Hərəkatı olaraq Pakistan xalqına baş sağlığımızı bildirir, Allahdan dünyasını dəyişənlərə rəhmət, ailələrinə isə səbr diləyirik.

 Hadisəyə gəlincə isə heç bir insanlıq normalarına sığmayan, İŞİD və Qərbin simasına həkk olunan növbəti neçə-neçə məsum körpənin qətlinə rəvac verən terroru qınayaraq mövcud hadisə ilə bağlı cinayətkar ünsirlərə Allahdan ölüm diləyir, dünya inanlığını isə qanlı terrora etiraz etməyə çağırırıq.

Müsəlman Birliyi Hərəkatı”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button