ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ramazanın 25-ci gününün duası

İmanın meyarı Allahın sevgisi və qəzəbi olmalıdır

Möminin həyat tərzinin əsas meyarı Allahın sevdiyini sevmək və onun ikrah etdiyi məsələlərə ikrahla yanaşmaqdır. Bu, ramazanın 25-ci gününün mənəvi mesajlarından biridir.

 bu gün müqəddəs Ramazan ayının 25-ci günüdür.

Bu günün münacatı bəndələri yalnız Allahın dostları ilə həmsöhbət olmağa, Onun düşmənlərindən uzaq durmağa çağırır. Çünki müsəlman yalnız bunun vasitəsilə özünə sağlam çevrə qazana bilər. Bu günün duasında bəndədən tələb olunur ki, öz həyat tərzini Peyğəmbərin (s) həyat tərzinin vacib təzahürləri ilə zinətləndirsin.

Ramazan ayının 25-ci gününün duası belədir:

“Allahumməcəlni fihi muhibbən li-ovliyaik. Və muadiyən li-ədaik. Mustənnən bisunnəti xatəmi ənbiyaik. Ya asimə qulubin-nəbiyyin”. 

Tərcüməsi:

“İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin düşmənlərinlə düşmən olanlardan qıl! Məni sonuncu Peyğəmbərinin sünnəsinə əməl edənlərdən et! Ey peyğəmbərlərin qəlbini qoruyan Allah!”

Qeyd edək ki, hər il olduğu kimi bu il də İnterAz televiziya kanalı və SalamNews İnformasiya Agentliyi Ramazan ayı münasibətilə ənənəvi aksiyanı davam etdirəcək. Aksiyanın şüarı “İsrafçılıq və dəbdəbədən uzaq, sadə iftar süfrəsi”dir. Eyni zamanda, aksiya imkanı olan hər kəsi ehtiyac duyan insanlara kömək etməyə dəvət edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button