ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ramazanın 23-cü günün duası

Qədr gecələri yalnız həqiqi oruc tutanlara müsbət təsir buraxar

Əgər ramazanın 23-cü günü çatıbsa artıq ehtimal edilən qədr gecələri arxada qalıb və indiyə qədər istiğfar etməyən şəxslər böyük bir mənəvi fürsəti qaçırmış olublar. Bu həqiqət, ramazan ayının 23-cü gününün verdiyi mesajda yer alır.
bu gün mübarək ramazan ayının 23-cü günüdür. Artıq ehtimal edilən qədr gecələri geridə qalıb. Qədr gecələri böyük mənəvi fürsət hesab edilir. Əgər bu müddət ərzində Allahdan əfv diləməyən şəxs qalıbsa, belə bir insan böyük mənəvi fürsəti əldən vermiş hesab edilir.
Ramazan ayının 23-cü gününün münacatında da günahların əfv edilməsinə təkidlə yanaşılır.
Ramazan ayının 23-cü gününün duasında deyilir:
“Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin”. 
Tərcüməsi:
“İlahi, bu gün mənim günahlarımı yuyub, məni eyblərdən təmizlə! Bu gün qəlbimi təqva ilə xalis et! Ey günahkarların xətasına göz yuman Allah!” 
Qeyd edək ki, hər il olduğu kimi bu il də İnterAz televiziya kanalı və SalamNews İnformasiya Agentliyi Ramazan ayı münasibətilə ənənəvi aksiyanı davam etdirəcək. Aksiyanın şüarı “İsrafçılıq və dəbdəbədən uzaq, sadə iftar süfrəsi”dir. Eyni zamanda, aksiya imkanı olan hər kəsi ehtiyac duyan insanlara kömək etməyə dəvət edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button