ArxivXəbər lentiXəbərlər

Bakı İrəvanı mülkiyə qarşı təxribatda ittiham edib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir bəyanatda Ermənistan silahlı qüvvələrini təmsa xətti bölgələrində yaşayan mülkiyə qarşı müxtəlif silahlardan istifadə edərək təxribat törətməkdə ittiham edib.

Azərbayanın Müdafiə Nazirliyinin bəyanatında deyilir: Sentyabrın 14-də axşam saatlarından başlayaraq sentyabrın 15-i səhərədək Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı silahlardan, o cümlədən artilleriya qurğusundan istifadə etməklə Tovuz, Tərtər və Ağdam rayonları istiqamətində təxribat törədib.

Bəyanatda deyilir: Düşmən tərəfi xüsusilə Tovuz rayonunun Muncuqlu, Koxanəbi, Əsrik Cırdaxan və Qaralar kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini və dinc sakinləri atəşə tutub.Hərbi qulluqçular və əhali arasında xəsarət alan olmayıb. Bəzi evlərə, sakinlərin əmlakına və mülki infrastruktura ziyan dəyib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Hİkmət Hacıyev də cəbhə xəttində mülkiyə qarşı əməliyyatların beynəlxalq hüquq normalarına zidd olduğunu deyib və bildirib ki, bu təxribatlarda Ermənistan məsuliyyət daşıyır. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button