ArxivXəbər lentiXəbərlər

Türkiyədə gəmi qəzasında ölən azərbaycanlının cənazəsi Azərbaycana göndərilir

Qara dənizin Samsun sahillərində “Volgabalt 214” gəmisinin qəzaya uğraması nəticəsində ölən Azərbaycan vətəndaşı – gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlunun cənazəsi“Türk Hava Yolları” aviaşirkətinin təyyarəsi ilə ölkəmizə göndəriləcək.
Azərbaycanın Türkiyədəki səfirliyinin konsulu Şöhrət Mustafayev bildirib ki, cənazənin göndərilməsi “Volgabalt 214” gəmisinin məxsus olduğu şirkət tərəfindən həyata keçirilir.
Hadisə ilə bağlı diplomatik nümayəndəliyimizdə yaradılan “qaynar xətt” fəaliyyətini davam etdirir.
Azərbaycan vətəndaşı – gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun cənazəsinin tapılması barədə bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir. Qəza baş verən ərazidə helikopter və gəmilərin iştirakı ilə axtarış işləri davam etdirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button