AktualAktualArxivNardaranXəbər lentiXəbərlər

Nə üçün Azərbaycan hakimiyyəti nardaranlıların Ayətullah Nimrin edam edilməsini məhkum etməsinə dözə bilmədi?

Azərbaycan Respublikasının təhlükəsizlik qüvvələri Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovu dövlətə xəyanət, milli təhlükəsizliyi pozmaq, xarici xüsusi xidmət orqanlarının xeyrinə casusluq etmək ittihamı ilə saxladı və Bakının Səbail rayon məhkəmənin qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçildi.

Natiq Kərimova qarşı əsassız ittihamlar irəli sürülərək həbs edilməsi, Nardaran Ağsaqqallar Şurası sədrinin ötən günlərdə Səudiyyə rejiminin Ayətullah Şeyx Nimri edam etməsinə etirazını məhkum etməsi ilə eyni zamandadır.Nardaran Ağsaqqallar Şurasının bəyanatında Ayətullah Nimrin edam olunması dövlət terrorizminin bariz nümuməsi adlanıb. Bəyanatda deyilir ki, Səudiyyə rejimi 21-ci əsrin ən böyük fəsadına mürtəkib olub. İslamın tanınmış və böyük alimlərindən olan Ayətullah Şeyx Nimrin edam edilməsi bütün dünyanı heyrətə salmışdır. Bu tanınmış alimə qarşı vəhşi hərəkət və onun edam edilməsi, İslamla düşmənçilikdən başqa bir şey deyil.

Həmçinin, bəyanatda vurğulanır ki, Səudiyyə rejimi İŞİD və Əl-Qaidə terrorçu qrupları maliyələşdirir, bu terrorçu təşkilatlar vasitəsilə ölümlər təkrarlanır  və İŞİD metodu ilə günahsız insanlar edam edilir, nahaq qanlar tökülür. Biz Nardaran ağsaqqalları belə inanırıq ki, Ayətullah Şeyx Nimrin vəhşicəsinə öldürülməsi, Ərəbistan hakimiyyətinin dövlət səviyyəsində mürtəkib olduğu terrorçu hərəkətdir. Bu terror İslam əleyhinə cinayətdir. İslam dünyası bu qəbildən olan qaniçən rejimlərə münasibətlərinə yenidən baxmalıdır.

Bəyanatda qeyd edilir ki, özünü demokratiya və insan hüquqlarının müdafiəçisi kimi tanıdan ölkələr, bu İslam aliminin qəddarcasına edam edilməsi öz narahatlıqlarını bildirməmişlər. Çünki Səudiyyə rejiminin bu hərəkəti Amerika və sionist rejiminin İslam ölkələrinin daxilində qarşıdurma və ədavət yaratmaq məqsədilə verdiyi sifariş əsasında həyata keçirilmişdir. Bizim ölkəmizdə də belə xidmətkarlar mövcuddur. Bizim aramızda da Ali-Səudun cinayətlərinə don geydirənlər, İran İslam Respublikasına qarşı mövqe tutanla vardır. Onlar bununla qərbə və özlərinin digər xarici himayəçilərinə vəfadarlıqlarını sübuta yetirmək istəyirlər.

Nardaran Ağsaqqallar Şurası həmçinin, İsalm dünyasından istəmişdi ki, Ali-Səud rejiminin şeytana nökərlik etməsinə diqqət etməklə, Salman şahın bu qeyri-insani və qeyri-İslami hərəkətini məhkum etsinlər, bu cinayətlərindən çəkindirmək üçün ona təzyiq göstərsinlər.

Belə nəzərə gəlir ki, Natiq Kərimovun həbs edilməsinin Bakı-Riyad yeni münasibətləri ilə əlaqəlidir.

Azərbaycan dövləti Nardaranlıların Ayətullah Nimrin edam edilməsini məhkum edən bəyanatına tab gətirə bilmir. Halbuki, Mina faciəsində də münasib əməl etmədi. Mina hadisəsinin baş verməsi və Allah Evinin ziyarətçilərinin kütləvi surətdə həlak olmasının ardınca Azərbaycan prezidenti İlham Əliyev anlaşılmaq bir hərəkətlə Ərəbistan kralı Məlik Salmana məktub yazaraq Mina faciəsi və ziyarətçilərin həlak olması münasibətilə ona başsağlığı verdi. Halbuki, bu faciə Səudiyyə dövlətinin bacarıqsızlığı və pis idarəçiliyi səbəbindən baş vermişdi. Azərbaycan dövləti də acını yaşamış ölkələrə və həlak olanların ailələrinə başsağlığı verməli idi.

Azərbaycan dövləti Nardaran Ağsaqqalları Şurasının anti-səudiyyə bəyanatı verməsinə cavab olaraq Natiq Kərimovu həbs edir. Hətta, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allaşükür Paşazadə də Bakı dövlətinin göstərişinə tabe olaraq indiyə qədər Ayətullah Nimrin edam edilməsinə öz mövqeini bildirməyib.

İlham Əliyev, Səudiyyə rejiminin bacarıqsızlığı üzündən baş verən Mina faciəsi münasibətilə Məlik Salmana başsağlığı verməsi və Natiq Kərimovu həbs etməsi Bakı-Riyad münasibətlərinin genişlənməsi ilə bağlıdır. Azərbaycan prezidenti İ. Əliyev ötən ilin 4 aprelində dövlət üzvləri və ailəsi ilə birlikdə gözlənilmədən Ərəbistana səfər etdi, Həcc və Ümrə əməllərini yerinə yetirdi və Ərəbistan rəsmiləri ilə görüşdü.

Hazırkı durumda Azərbaycan dövləti özünün bir sıra siyasi, iqtisadi və dinlə bağlı hədəflərinin təmin etmək ardıncadır. Son bir ildə qərb, Azərbaycanda insan hüquqlarının pozulmasına görə bu dövlətə qarşı təzyiqləri artırıblar. İ. Əliyev Səudiyyə Ərəbistanına yaxınlaşma mexanizmi seçməklə regionda mövcud qruplaşmada Azərbaycanı, ABŞ və sionizm rejiminin siyasi və təhlükəsiliyini izləyənqrupun yanında göstərmyi və Səudiyyə şahzadələri kimi özünü qərbin insan hüquqlarının pozulmasına görə göstərdiyi söz təzyiq və tənqidləri qarşısında suğortalmasını nəzərdə tutub.

Digər tərəfdən dünya bazarında neftin qiymətinin aşağı düşməsi və Azərbaycan dövlətinin büdcəsinin problemlə üzləşməsini nəzərə alaraq Bakı dövləti, Ərəbistana yaxınlaşmaqla Riyadı öz neft siyasətlərini dəyişməsinə razı salmağa cəhd edir. İqtisadi və siyasi məqsədlərdən əlavə, İ. Əliyev Ərəbistana yaxınlaşmaqla din sahəsində də hədəflərini izləyir və özünün anti-din prezident olmamasını göstərmək istəyir.

İ. Əliyevin Azərbaycan şiələrinə qarşı repressiya siyasətləri, əsasən də Eurovision-1012 müsabiqəsi və ondan sonrakı ərəfələrdə şiələrə təzyiqi onun dövlətinin islamçılara qarşı sərt olmasını nümayiş etdirdi. İ. Əliyev və onun ailəsinin ötən ilə Məkkə və Mədinəyə səfəri zamanı Ərəbistan dövləti onlar üçün bu dini məkanlarda xüsusi şərait yaratdı və bu ailə Məscidul-həram və Məscidun-nəbidə (s) geniş formada şəkillər çəkdirərək sosial şəbəkələrdə paylaşdılar və bunun özlərini İslama inanclı və bağlı göstərməyə cəhd etdilər.

Digər tərəfdən Ərəbistan Azərbaycan Respublikası ilə bir şiə ölkəsi olaraq münasibətləri genişləndirməkdə məqsədi Bakını öz müttəfiqləri sırasında göstərmək, Yəmənə hücumda və İran əleyhinə koalisiyada onu öz ittifaqına qoşmaqdır. Üstəlik, İslam dünyasında terrorçu qruplara dəstək verən Ərəbistan dövləti Azərbaycanda vəhabi radikal qruplarının fəaliyyətinə Bakının mane olmasının qarşısını almağa cəhd edir.

Yuxarıda qeyd olunanlara diqqət etməklə Azərbaycan dövlətinin Mina faciəsi və Natiq Kərimovun həbs edilməsi qarşısında passiv mövqei daha aydın dərk edilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button