Dünən Beyrutda keçirilən mətbuat konfransında çıxış edən Katrin Kolonna vurğulayıb: Biz bu hərəkətləri qəbul etmirik. Fransa daha gözləməyəcək. Biz İsrail başçılarından məsələyə son qoymalarını istəmişik.
O, əlavə edib: Biz də milli səviyyədə radikal sionist qəsəbə sakinlərinə qarşı tədbirlər görəcəyik. Ora, Fələstin ərazisidir və Fələstin ölkəsinin bir hissəsi olacaq.
Kolonna Livanla sionist rejim arasındakı sərhəd gərginlikləri barədə isə belə deyib: Biz bir növ gərginliyin azalmasına ehtiyac duyuruq.
BMT statistikası göstərir ki, cari milad ilində sionistlərin zorakılıqlarında iki yüzdən çox fələstinli həyatını itirib.
Amerika son zamanlar bu ölkə vizasının radikal sionist qəsəbə sakinlərinə verilməsini qadağan edib. ABŞ dövlət katibi Entoni Blinken bundan öncə bildirmişdi ki, Birləşmiş Ştatların yeni siyasətinə əsasən, «mülkilərə qarşı hərəkətlər, o sıradan zorakı əməllər törətmək yolu da daxil olmaqla qərb sahilində sülh, təhlükəsizlik və sabitliyin zəiflədilməsində rol oynamış kəslər» hədəfə alınıblar.
Avropa Birliyi və on iki Avropa ölkəsi Kanada və Avstraliya ilə yanaşı yaydıqları birgə bəyanatda sionist qəsəbə sakinlərinin qərb sahilindəki vəhşicəsinə hücumlarını kəskin ifadə ilə pisləyib və vurğulayıblar ki, bu kimi dəyişikliklər regionda dayanıqlı sülh perspektivini təhdid edəcək.
Avropa Birliyi də radikal sionist qəsəbə sakinlərinə qarşı oxşar sanksiyalar tətbiq etmək niyyətindədir.