ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rəisi iranlı idmançıları Paralimpiya Oyunlarında 3-cü yeri tutmaları münasibəti ilə təbrik edib

İran İslam Respublikası prezidenti bir müraciət ünvanlayaraq, İranın idman karvanını eşitmə qabiliyyəti olmayanların olimpiadasında 40 rəngarəng medal qazanması və üçüncü yeri tutması münasibətilə təbrik edib və bu uğuru İran xalqı üçün sevinc və qürur mənbəyi adlandırıb.

İranın idman karvanı 24-cü Deaflimpiya Oyunlarının yekununda 14 qızıl, 12 gümüş və 14 bürünc medal qazanaraq, medallar cədvəlində Ukrayna və ABŞ-dan sonra üçüncü pillədə qərarlaşıb.

Prezident administrasiyasının informasiya portalının məlumatına görə, İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisi təbrik müraciətində qeyd edib ki, bu qələbə və medallar cədvəlində dörd pilləli yüksəliş əziz İran gənclərinin güclü iradə və bacarığını nümayiş etdirdi. 

Eşitmə qabiliyyəti olmayan idmançıların 24-cü Olimpiya Oyunları mayın 1-dən15-inə qədər Braziliyanın Kaşias-du-Sul şəhərində keçirilib. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button