AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialTarixXəbər lentiXəbərlər

Rəhbərin mübarək Ramazan ayı ilə bağlı moizəsindən seçmələr

Ramazan ayı İlahi ziyafət, İlahi rəhmətin sonsuz əhatəsi ayıdır. Əgər siz inşaallah, hamılıqla ən gözəl şəkildə bu ziyafətə qədəm qoysanız, Allah-Taala sizə nə verəcək? Allahın verəcəyi Ona yaxınlaşmaq imkanının yaranmasıdır və bundan yüksək şey yoxdur.

Quran oxuduğumuz zaman Allah bizimlə danışır. Bu söhbət təkcə keçmişə aid deyil, təkcə Quran qissələri deyil. Bu söhbət o dillə, bugünkü vəziyyətimizə aiddir. Məqsəd yolumuzu tapmağımızdır.

Dərin düşüncə, öyrənmək, çıxarış olmasa, Quranın bətnindən, dərinliklərindən bəhrələnmək olmaz. Bunun da şərti şübhəsiz ki, qəlbi paklamaqdır. Bu isə mənim kimilərə baxanda siz gənclər üçün qat-qat asandır.

Quranı təkrar-təkrar oxumaq lazımdır. Əvvəldən axıra qədər! Ardıcıl və ardbaard! Quran Peyğəmbərin möcüzəsidir. Əgər Peyğəmbərin dini əbədisə, demək, möcüzəsi də əbədi olmalıdır. Yəni tarixin hər dövründə insanlar həyat üçün lazm olan maarifi, biliyi Quranda tapa bilərlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button