ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rəsmi Tehran: ABŞ müstəqil və qüdrətli İrandan qorxur

İranda 1953-cü il 19 avqustda ABŞ tərəfindən törədilən dövlət çevrilişindən 3 dərs çıxarılıb və ABŞ müstəqil və qüdrətli İrandan qorxur.

 bu barədə İran hökumətinin rəsmisi Əli Bahaduri Cəhromi bəyan edib.

O qeyd edib ki, iranlı siyasətçilər qərarların qəbulu zamanı həmin 3 dərsə əsaslanırlar.

“Həmin dövlət çevrilişindən çıxarılmış 3 dərs həmişə İran xalqının yaddaşındadır və qərar qəbulu zamanı iranlı siyasətçilər üçün kriteriyalardır: ABŞ müstəqil və qüdrətli İrandan qorxur, beynəlxalq münasibətlərdə ABŞ-a etibar etməyin mənası yoxdur, bu ölkə ilə güclə, ləyaqətlə və kifayət qədər olan zəmanətlərlə iş görmək lazımdır”, – deyə o əlavə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button