ArxivFatimi yaşayişIslammədəniyyatQadin və hicabSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ərlə həmrəy və həmdərd olmaq

Dünyadakı həyat daim burulğanlara, şiddətli dalğalara və dəhşətli fırtınalara məruz qalan bir okeanda olmaq kimidir. Bəzən kasıblıq, dərd, qəm-qüssə, narahatlıq, pərişanlıq həyat təməlini sarsıdır, onu təhlükə ilə üzləşdirir.

Çətinliklərdə həyat gəmisini xilas edən yelkənlərdən biri də ər-arvad arasında həmkarlıq, empati və həmrəyliyin olmasıdır.

Ayə

«هُوَ الَّذی خَلَقَکُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ وَجَعَلَ مِنْهَا زوج‌ها لِیَسْکُنَ إِلَیْهَا»

“Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək üçün özündən zövcəsini (Həvvanı) yaradan Odur.” (“Əraf” surəsi, ayə 189)

Hədis

İmam Əli (ə) buyurur: “Hər vaxt evə gəlirdim və Zəhraya (ə) baxırdım, bütün qəm-qüssələrim aradan qalxırdı.” (Xarəzmi, “Mənaqib”, səh. 256)

Ənənə

“Hər vaxt üzünə baxdıqda, bütün qəm-qüssələri gedirdi və dərdlərini unudurdu.”

Fatimə (ə) onun səbr daşı, qəlbinin təskinliyi və sirdaşı idi. Bir mənus və həmdərdə ehtiyacı olduqda həmişə onun yanında idi, ən çətin şəraitdə ona təsəlli verirdi.

Elə ki, getdi, Əli (ə) tənha qaldı, gecə qaranlıq və quyunun sükutu…!

– Mövlacan! Gecənun bu vaxtı hara gedirsən?

– Xurma bağına gedirəm, bəlkə orada təskinlik tapam.

(“Biharul-ənvar”, c. 43, səh. 123)

Hekayə

– Məlum deyil, sevinirsən ya narahatsan. Bunu bizə bildir, Mürtəza! Sən ata olmusan axı!

– Axı, sən özünü niyə bu qədər zəhmətə salmısan? Nə üçün vaxtın çatdığını mənə deməmisən, tək getmisən? Mən bilsəydim işlərimi nizamlayaradım.

– Bilirəm, ancaq mənə görə işindən qalmağına ürəyim gəlmədi. Sən dinin xidmətçisisən, çıxışından qalmağını istəmədim.

– Nə deyim daha. O böyük ürəyinə qurban olum. Əgər bir yerə çata bilmişəmsə, bu, sənin mənə məhəbbətinə xatirdir.

Allaha şükür olsun, sən də, uşaq da salamatdır.

(Şəhid Ayətullah Mürtəza Mütəhhərinin həyat yoldaşının mətbuata verdiyi müsahibədən iqtibas)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button