ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Quranın rus dilində tərcüməsi gözəl şəkildə nəşr olundu

Boris Norik tərəfindən tərcümə olunan Qurani-Kərimin nəfis variantı Moskvada Rusiya İslam Araşdırmaları Fondu (İbn Sina) tərəfindən nəşr edilib.

Boris Nurik tərəfindən mükəmməl tərtibat və yeni tərcümə ilə Qurani-Kərimin bu nəfis nüsxəsi İbn Sina Fondunun dəstəyi ilə Moskvanın “Sədra” nəşriyyatı və Tehranın “Pəyam Ədalət” nəşriyyatı ilə birgə çap olunub.

Rusiya İslam Araşdırmaları Fondunun verdiyi açıqlamaya görə, Quranın bu nüsxəsinin həqiqiliyi Tehranın Darul-Quran təşkilatı tərəfindən təsdiq edilmişdir.

Bu nəfis Quranın unikal xüsusiyyətlərindən biri də kitabın səhifələnməsinin ağıllı tərtibatıdır. Bu nəşr Osman Taha xətti ilə Vəziri kəsimində 365 səhifədən ibarətdir (kompüter versiyası). Hər gün kitabın bir səhifəsini oxumaqla, 365 gündən (bir il) sonra Quran tam şəkildə oxunub tamamlanacaq.

Rus tərcüməsi olan bu Quran 740 səhifədən ibarətdir və tərcümə hər səhifədə ərəb versiyasının qarşısında yerləşdirilib.

Bu dəyərli əsər çox göz oxşayan zərli vərəqlərə malikdir. O, Marqano (ətirli) kağızı ilə və qutu çərçivəli kitab üzlüyündə süni dəridən istifadə etməklə çap olunub.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button