ArxivmədəniyyatQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

“Qurama məhkəmə keçirilib”

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan ərazisində əsir düşdüyü bildirilən hərbçilərin məhkəmə prosesi və həbsi ilə bağlı məlumat yayıb.
XİN Aqşin Bəbirov və Hüseyn Axundova qarşı Ermənistanda keçirilən məhkəməni “qurama” adlandırıb.
Nazirlik Aqşin Bəbirovun həbsi ilə bağlı qərarı qətiyyətlə pislədiyini bildirib.
Azərbaycanın iki əsgəri apreldə Ermənistan ərazisinə keçib. Daha sonra onlar yerli sakinlər və hüquq mühafizə əməkdaşları tərəfindən saxlanılıb. Onlardan biri – Aqşin Bəbirov Yerevanda 11 il, 6 ay və 15 gün azadlıqdan məhrum edilib.
O, sərhədi qanunsuz keçməkdə, sərhəd üzərindən odlu silah keçirilməkdə ittiham olunub.
İkinci azərbaycanlı əsgər Hüseyn Axundovun işi hələ istintaq mərhələsindədir.
O həmçinin qətldə ittiham olunur.
XİN bildirir ki, Azərbaycan əsgərlərini qəddar fiziki işgəncələrə məruz qoyan Ermənistan bu kimi qurama “məhkəmə prosesi” vasitəsilə onları həmçinin mənəvi və psixoloji işgəncələrə məruz qoyub:
“Bu cür məsuliyyətsiz davranışı ilə Ermənistan beynəlxalq humanitar hüquqa əsasən, daşıdığı hüquqi məsuliyyətə, beynəlxalq ictimaiyyətin girovların azad edilməsi barəsində çağırışlarına və humanizm prinsiplərinə məhəl qoymadığını bir daha nümayiş etdirir”.
XİN qeyd edir ki, bu davranışla etimad quruculuğu səylərinə zərbə vurulması məsuliyyəti tam olaraq Ermənistan tərəfinin üzərinə düşür:
“Ermənistan beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə müşayiət olunan bu təxribatçı fəaliyyətinə son qoymalı, girov götürülmüş əsgərləri dərhal azad etməlidir. Girovluqda olan əsgərlərimizin tezliklə azad edilməsi və ailə üzvlərinə qovuşması üçün bütün beynəlxalq ictimaiyyəti, aidiyyəti beynəlxalq təşkilatları və qeyri-hökumət təşkilatlarını Ermənistana ciddi təsir və təzyiq göstərməyə çağırırıq”.
Aprelin 10-da Azərbaycan Müdafiə Nazirliyi (MN) Naxçıvan-Ermənistan sərhədində iki əsgərin itkin düşdüyü haqqında məlumat yayıb.
Həmin vaxt yerli media onlardan birinin Sünik vilayətinin Bnunis kəndinə gəldiyini, kömək üçün kənd sakinlərinə müraciət etdiyini, ikincisinin isə sonra Qafan şəhəri yaxınlığında saxlandığını yazmışdı.
Həmin əsgərlərdən birincinin-Aqşin Bəbirovun dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı qaçaqmalçılığında təqsirləndiyi bildirilirdi.
İkinci hərbiçi Hüseyn Axundovun işi üzrə isə təhqiqatın davam etdiyi açıqlanıb.
Ermənistan Baş Prokurorluğunun məlumatında o, Qafan şəhəri yaxınlığındakı müəssisələrdən birinin mühafizəçisini öldürməkdə ittiham olunur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button