ArxivXəbər lentiXəbərlər

Uorlik: “Nazirlərin görüşü BMT-nin Baş Assambleyası çərçivəsində sentyabrda keçiriləcək”

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qarşıdakı görüşündən xəbər verib.

Ceyms Uorlik deyib: Cari ilin sentyabrında ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil edəcəklər.

“Nazirlərin görüşü BMT-nin Baş Assambleyası çərçivəsində sentyabrda keçiriləcək. Biz ilin sonunda prezidentlərin növbəti görüşünün keçirilməsi imkanlarını müzakirə edəcəyik”, – deyə ATƏT-in Minsk qrupunun ameriaklı həmsədri Ceyms Uorlik “Azernews” qəzetinə bildirib.

Qarabağda bu yaxınlarda yaranan gərginliyə gəldikdə isə, Uorlik qeyd edib ki, ilin əksər hissəsində təmas xəttində və Ermənistan –Azərbaycan sərhədində qismən sakitlik olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button