AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Qüds Günü Fələstin xalqı ilə həmrəylik üçün, onları gücləndirmək üçün fürsətdir

Dünya yeni nizam astanasındadır. Əvvəlki ikiqütblü və təkqütblü düzən qarşısında yeni beynəlxalq düzən! Ukrayna müharibəsinə dərindən baxmaq lazımdır. Bu sadəcə bir ölkəyə hərbi müdaxilə deyil. Hadisənin kökləri dərindədir. Mürəkkəb və çətin bir gələcək ehtimal edilir.

Ehtimal edilən yeni dünya nizamında bütün ölkələrin, o cümlədən İranın vəzifələri var. Bu nizamda proqram təminatı və texniki təminat elə olmalıdır ki, milli mənafe və təhlükəsizlik təmin edilsin. Ən böyük məsuliyyət də tələbələr üzərinə düşür.

Amerika davamlı şəkildə zəifləyir. Bu ölkə istər daxili, istər xarici siyasətdə, istər iqtisadiyyat, istər təhlükəsizlik sahəsində 20 il qabaqdan bu günə qədər daha zəif olmaqdadır.

Bu gün Qüds Günü əvvəlki illərdəkindən fərqlənir. Fələstinlilər əvvəlki və bu ilki ramazanda böyük fədakarlıq göstəriblər. Sionist rejim də cinayətin son həddinə çatıb. Amerika və Avropa da onu himayə edir.

Fələstin həm məzlumdur, həm iqtidarlı. İqtidarlı məzlum ifadəsini əvvəllər İran haqqında işlətmişəm. Fələstin həqiqətən iqtidarlı olub. Fələstinli gənclər düşmənin cinayətləri qarşısında dayanıb Fələstin problemini unudulmağa qoymur.

Qüds Günü Fələstin xalqı ilə həmrəylik üçün, onları gücləndirmək üçün fürsətdir. Təəssüf İslam dövlətləri bu sahəyə çox az diqqət ayırır. Çoxları heç bir iş görmür. Bəziləri hətta Fələstin xalqının xeyirinə söz demək istəmir.

Fələstin xalqına kömək üçün sionist rejimlə əlaqə qurmaq fikri ən böyük səhvlərdəndir. 40 il qabaq Misir və İordaniya əlaqə qurdurlar. Bu 40 ildə sionistlərin cinayətləri azalıbmı? Əksinə, on qat artıb.

Bəziləri Misirin 40 il qabaqkı sionist rejimlə əlaqə qurmaq səhvini təkrarlamaq istəyir. Bu həm onların özlərinə zərərdir, həm fələstinlilərə. Bunun sionist rejimə də faydası olmayacaq.

Ümid edirik ki, inşaallah, Allah Fələstin məsələsində işin sonunu xeyirlə, tez bir zamanda başa çatdıracaq, fələstinliləri qalib edəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button