ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Qubad İbadoğlunun sosial şəbəkə hesabı ələ keçirilib

“Sentyabrın 11-dən səhər saatlarından səhifələr və bu gündən etibarən “Facebook” profilindən gələn mesajlar və paylaşımlar hökumətə aiddir”

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoglunun “Facebook” hesabı, “Gubad İbadoğlu” və “Biz” səhifələri ələ keçirilib.

Bu barədə Qubad İbadoğlunun qızı Jalə Bayramova məlumat yayıb.

Jalə Bayramova iddia edir ki, hesab və səhifəni Azərbaycan hökuməti ələ keçirib:

“Sentyabrın 11-dən səhər saatlarından səhifələr və bu gündən etibarən “Facebook” profilindən gələn mesajlar və paylaşımlar hökumətə aiddir”.

Qubad İbadoğlunun özü də bir neçə gün əvvəl SOCAR haqqında yazdığı paylaşımdan sonra hesabına hücumların ara vermədiyini bildirmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button