ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Qubad İbadoğludan bədbin proqnoz :Azərbaycanı da Türkiyənin aqibəti gözləyir

Tanınmış iqtisadçı ekspert Qubad İbadoğlu Türkiyənin milli valyutasının kəskin dəyər itirməsinə münasibət bildirib və deyib ki, türk lirəsinin kəskin dəyərsizləşməsi Azərbaycan üçün dərs olmalıdır.

Qafqaz.ir-nin məlumatına əsasən, Q.İbadoğlu öz Facebook səhifəsində yazır: “Türk lirəsi son günlər kəskin dəyərsizləşməsi Azərbaycan hökuməti üçün də dərs olmalıdır. Türkiyənin bu günü bir neçə ildən sonrakı post-neft Azərbaycanının və Rusiyanın gələcəyidir. Heç kəsə sirr deyil ki, hazırda Azərbaycan manatı və rus rublunun sabitliyi yalnız neft-qaz gəlirlərinin sayəsində təmin olunur. Bu gəlirlər azalan kimi həm Rusiyada və həm də Azərbaycanda qara günlər başlayacaq. Təəssüf ki, büdcə xərclərini son 4 ildə 23,2 faiz artırıb, həmin dövr ərzində qeyri-neft sektorunun 4 dəfəyədək az- 6,2 faiz artımına malik olan korrupsioner Azərbaycan hakimiyyəti bu təhlükənin qarşısını almaq üçün lazım olanların heç onda birini etmir. Çünki, ölkədə idarəetməyə məsul olan hakim ailədən tutmuş yüksək vəzifəlilərə qədər hər kəsin başı korrupsiya, inhisarçılığa, büdcədən talanan, gizli iqtisadiyyatdan formalaşan kapitalın ölkədən çıxarılıb ofşor şirkətlərin qurulmasına qarışıb.”

Türkiyəyə gəlincə, iqtisadçı hesab edir ki, təhlükə hələ də sovuşmayıb, xüsusilə də bu və gələn ay kritik olacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button