ArxivXəbər lentiXəbərlər

Azərbaycanda iqtisadi böhranın davam etməsi bankların bağlanmasına səbəb olub

Azərbaycandan sərmayələrin çıxarılması prosesinin davam etməsinin ardınca, xarici banklar da bu ölkədəki fəaliyyətlərini davam etdirmək istəmədiklərini elan edirlər.

Azərbaycanda ciddi iqtisadi böhranın yaranması və milli pul vahidinin kəskin formada dəyər itirməsinin ardınca, bu ölkədə fəaliyyət göstərən yerli və xarici banklar bir-birinin ardınca öz fəaliyyətlərini dayandırırlar.

Azərbaycanın Mərkəzi Bankının yaydığı bildirişə əsasən daha iki bankın, “Qafqaz İnkişaf Bankı” və “Atra Bank”ın fəaliyyət lisenziyasını ləğv edib.

Bu bankların lisenziyası da Unayted Bank və NBC Bank kimi minimum sərmayə qanununa əsasən öz öhdəliklərini yerinə yetirə bilmədikləri üçün ləğv edilib.

Azərbaycanın Mərkəzi Bankı bu iki bankda əmanətə malik olanların əmanətlərinin, Əmanətlərin Sığortası Şirkəti tərəfindən qanun əsasında ödəniləcəyini bildirib.

Azərbaycanda iqtisadi böhranın baş qaldırmasının ardınca iqtisadçılar yerli və xarici bankların 50%-ə yaxınının fəaliyyətinin dayandırılmasını zəruri adlandırıblar.

Amma, hər bir bankın fəaliyyət lisenziyasının ləğv edilməsi ilə ölkədəki işsizlərin sayı bir qədər də artmış olur. Belə ki, sadəcə NBC Bank-ın bağlanması ilə 200 iş yeri itirilmiş olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button