ArxivFatimi yaşayişIslammədəniyyatQadin və hicabSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Qonşu ilə davranış tərzi

Həyat yolu 21

Qonşu ilə davranış tərzi

Qonşuların bir-birləri ilə gözəl münasibətləri ictimai yüksəliş və inkişafa da təsir qoya bilər. Qonşular bir-birləri ilə səmimi və mehriban olduqda, bir çox düşmənçilik və çəkişmələrin qarşısı alınar. İslam dini qonşu haqqına riayət etməyə çox təkid etmiş, hətta onu insanın öz şəxsi haqqından irəlidə tutmuşdur.

Həzrət Zəhra (ə) qonşularla çox mehriban davranırdı və onların ehtiyaclarından xəbər tuturdu.

Ayə

«وَاعْبُدُواْ اللّهَ وَلاَ تُشْرِكُواْ بِهِ شَيْئًا وَبِالْوَالِدَيْنِ إِحْسَانًا … وَالْجَارِ الْجُنُبِ وَالصَّاحِبِ بِالجَنبِ»

“Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya… yaxın və uzaq qonşuya, yaxşılıq edin!”

(“Nisa” surəsi, ayə 36)

Hədis

قال حسن)ع) : «رَاَيْتُ اُمّى … تَدْعُو لِلْمُؤْمِنينَ وَلاتَدْعُو لِنَفْسِها فَقُلتُ: يا اُمّاهُ لِمَ لاتَدْعينَ لِنَفْسِكِ؟ … قالَتْ عليهاالسلام: يا بُنَىَّ ! اَلجارُ ثُمَّ الدّارُ.»

İmam Həsən (ə) buyurur: “Anamın cümə axşamı gecə yarısından başlayaraq sabaha qədər aləmlərin Rəbbinə ibadət etdiyini gördüm. Sabah günəş çıxana qədər daima rüku və səcdə halında idi. Möminlərin bir-bir adlarını çəkib, onlar üçün dua edirdi, ancaq özü üçün heç dua etmədi. Bunu gördükdə belə dedim: “Anacan, niyə özün üçün dua etmədin?” Cavab verdi: “Əvvəlcə qonşu, sonra ev.”

(“Biharul-ənvar”; c. 43, səh. 82)

Ənənə

Anamın ibadətinə tamaşa etməyə qərq olmuşdum. Kaman kimi əyilmiş beli ilə üzü qibləyə dayanaraq Rəbbi ilə xəlvətə çəkilmişdi. Namazı qıldıqdan sonra əllərini qaldırıb dua etmək istədi. Amma bərk ağrı ona aman vermədi… Bir əlini qaldırıb qonşular üçün bir-bir dua etməyə başladı. Özlüyümdə fikirləşirdim ki, anamın dua etdiyi bu qonşular evimizin yanmağını görüb, ancaq heç bir kömək etməyən qonşular deyilmi?

Dedim: – Anacan, nə qədər qulaq asdım, amma təkcə qonşuları dua etdiyini eşitdim. Özümüzü dua etmədin.

Mənə mehribanlıqla baxıb buyurdu: -Oğlum! Əvvəl qonşu, sonra ev.

(“Biharul-ənvar”, c. 3, səh. 81)

Hekayə

Gecə yarısı məni çağırıb danlayaraq dedi:

– Seyid Cavad! Allahdan qorxmursan? Heç Allahdan utanmırsan?

Heyrətdə qalmışdım. Dedim:

– Seyid, məndən bir xəta baş verib ki, mənim ondan xəbərim yoxdur?

– Sənin qonşunun yeddi gündür ki, yeməyə heç nəyi yoxdur və bu gün dükançı ona xurmanı da nisyə verməyib.

– And olsun Allaha, mənim bundan xəbərim yoxdur.

Seyid Bəhrül-Ülum qəzəblə başını qaldırdı və mənə sərt baxışla baxıb dedi:

– Mənim bütün bu qədər fəryadımın səbəbi sənin xəbərin olmadığı üçündür. Yoxsa, əgər xəbərin olsaydı və ona kömək etməsəydin, səni yəhudi hesab edərdim.

Seyid yerindən qalxıb, böyük bir yemək sinisi və bir miqdar pul mənə verib dedi:

– Bunları onun üçün apar və üzrxahlıq edib de ki, onun vəziyyətindən xəbərin yox imiş.

Ayağa qalxıb gedəndə arxadan səsləyib dedi:

– Yeməklərini yedikdən sonra mənim yanıma gəl və xəbər ver.

(“Simayi fərzanəqan” kitabından, səh. 252)

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button