ArxivFatimi yaşayişIslamQadin və hicabXəbər lentiXəbərlər

Bu gün Xanım Zeynəbin (ə) mövlud günüdür

hicrətin 6-cı ilində, cəmadiül-əvvəl ayının 5-də Mədinə şəhərində Peyğəmbər (s) ailəsində, İmam Əli (ə) və Peyğəmbərin (s) can parəsi olan xanım Fatimeyi-Zəhranın (ə) evində bir qız uşağı dünyaya gəlir. Peyğəmbər (s) yeni doğulmuş körpənin adını Hz. Cəbrayıl (ə) nazil olub xəbər gətirəndən sonra Zeynəb qoyur. Zeynəb “atasının zinəti” deməkdir.

Həzrət Zeynəb (ə) beş ilə qədər Peyğəmbərlə (s) bir yerdə yaşayıb. Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir və bu da, bu barədə yazılmış kitablarda qeyd olunub.

Xanım Zeynəb (ə) çox dözümlü, güclü, səbirli bir xanım olub. Kərbəla həqiqətlərinin dünyaya çatdıran da məhz xanım Zeynəb (ə) olub. Xanım Zeynəb (ə) Kərbəla hadisəsini bir xanımın iradəsində layiqincə canlandıran xanımlardan biridir. Gözlərinin önündə qardaşının, yaxınlarının, ən əsası körpələrin, daha əsası isə Peyğəmbər (s) əmanətlərinin qanına qəltan olduğunu görən bir xanımın bunun ilahi bir əmr olduğunu bildiyi üçün yüksək dözüm, iradə, səbr nümayiş etdirməsi bəşəriyyətə bir mesaj, bir çağırış idi. Xanım Zeynəb (ə) məhz o gün cəsarətli, şücaətli, ismətli, iffətli, iradəli, səbrli bir qadın obrazını canlandıraraq gələcək nəsillər üçün ilahi bir nümunə bəxş etdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button