ArxivIslammədəniyyatQadin və hicabSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

“Qeyrət təcəssümü” kitabının təqdimatı keçirilib

Yanvarın 5-də şairə-publisist Manya Səxavətqızının şəhidlərimizə həsr etdiyi növbəti kitabının təqdimatı keçirilib.
bu dəfə şairə Avqust və Aprel döyüşlərinin qəhrəmanı, 14 iyul 2016-cı ildə Ağdamın Baş Qərvənd kəndində düşmənin növbəti təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Məmmədov Toğrul Səyyad oğlunun şərəfli ömür yolundan və örnək götürüləcək döyüş yolundan bəhs etdiyi “Qeyrət təcəssümü” adlı kitabını oxuculara təqdim edib.
Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən tədbir Toğrul Məmmədovun bir zamanlar hərbi təhsil aldığı Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) keçirilib. Tədbirdə Şəhid ailələri, Azərbaycan Ordusunun yüksək rütbəli hərbçiləri, general-mayor Anar Kərimov, general-mayor Qulu Məhərrəmli,zabit və kursant heyəti, Azərbaycan Ali Hərbi Məktəbin rəisi general-mayor Füzuli Salahov, qazilər, hərbçilər, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, İcra nümayəndələri, incəsənət xadimləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
İlk olaraq bir dəqiqəlik sükutla vətənimiz uğrunda canından keçən şəhidlərimizin ruhları anıldı və Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra tədbirin aparıcısı Xanlar Mehdiyev tədbiri açıq elan edib. İlk olaraq səhnəyə “Qeyrət təcəssümü” adlı kitabın müəllifi şairə-publisist Manya Səxavətqızı dəvət edilib. Toğrul Məmmədov, kitab və tədbir haqqında ətraflı məlumat verən Manya Səxavətqızı daha sonra çıxış üçün sözü digər qonaqlara verdi. Şəhid qardaşı Üzeyir Məmmədov da gələn qonaqlara təşəkkürünü bildirib.
Tədbirdə Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Şəhid anaları Gülşad xanım, Ramilə xanım, ehtiyatda olan polkovnik Hacızalov Rüstəm Tofiq oğlu, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi general-mayor Qulu Məhərrəmli, Toğrula Heydər Əliyev adına Hərbi Liseydə dərs deyən Azilə müəllimə, bir zamanlar Toğrulla bərabər hərbi lisey və məktəblərdə təhsil alan, Toğrulun adını atdıqları addımlarla yaşadan və övladlarına əmanət edən dostları və silahdaşları mayor Məhəmməd Muradov, mayor Samur Haqverdiyev, mayor Elçin Həsənov, mayor Əflatun Məmmədov , Röyal Hənfiyev, Ruslan Səfərov, Səxavət İsmayıllı, baş-gizir Elçin İsmayılov, uşaqlıq dostları Ömər Məmmədov, Toğrul Hacıyev, Elçin Cəfərov, Toğrulun dostu, İctimai-siyasi proseslər, Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Adıgözəlli Samir Saleh oğlu, Nərimanov rayon İcra Hakimiyyətinin Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov, “Qayıdış” İctimai Birliyinin sədri Hasil Tağıyev, şəhid qardaşı, qazi oğlu Şahin Məmmədov çıxış ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button