ArxivSONXƏBƏRLƏRXəbərlər

Qazi anası: İki nəvəm soyuqdan, şəraitsizlikdən öldü

Nəzakət İbadova evi yanandan sonra ailəsinin kirayələrdə qaldığını deyir.

“Evimiz yanandan sonra başımıza çox işlər gəldi. Qapılarda qaldıq, soyuq, şəraitsiz yerlərə sığındıq. İki azyaşlı nəvəm elə şəraitsizlikdən, soyuqdan öldü… Xəstəlik tapdılar, müalicə etdirməyə pulumuz olmadı. Oğlum orda-burda fəhləlik edib qəpik-quruş qazanırdı, qazancı uşaqların müalicəsinə çatmırdı. Qonşulardan borc alıb Bakıya xəstəxanalara aparıb-gətirirdik. Müalicələrinə pul tapmadıq, əvvəl biri, sonra o biri əlimizdən getdi… Kişik qızın 1, böyük qızın 4 yaşı vardı…”

Bunu Meydan TV-yə İsmayıllının Güyüm kənd sakini Nəzakət İbadova deyir. İbadovların Güyümdəki evi 6 il əvvəl tamamilə yanıb. O gün – bu gün ailə gah qohum evinə sığınıb, gah vaqona, gah kirayələrə… Nəzakət xanım deyir, ötən 6 il ərzində rəsmi qurumlara bütün müraciətləri cavabsız qalıb.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button