AktualAktualArxivIslammədəniyyatXəbər lentiXəbərlər

Mövsüm Səmədova vəkili ilə görüşməyə imkan verilmədi

Anar Qasımov: “Qanunvericiliyin bütün tələblərini xatırlatmağımıza baxmayaraq, bizə görüş üçün şərait yaratmadılar”
 
 Xəbər verdiyimiz kimi Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov yeni köçürüldüyü 12 saylı cəzaçəkmə müəssisəsində cərimə təcridxanasına salınması və Doktor Səmədovun buna etiraz olaraq aclıq aksiyası keçirməsi barədə məlumat vermişdik.
 Baş verənlərdən sonra bu gün müvəkkilinin durumu ilə maraqlanmaq üçün təcridxanaya yollanan vəkil Anar Qasımlı, Mövsüm Səmədovla görüşə buraxılmayıb. Bu barədə AzadXeber.az- a Anar Qasımlının özü məlumat verib. Vəkilin sözlərinə görə, onunla görüş üçün digər müvəkkili Dəyanət Səmədov gətirilsə də, Mövsüm Səmədovu görüşə gətirməyiblər. Səbəb kimi isə AİP liderinin karserdə olmasını əsas gətirdilər:“Halbuki qanunvericiliyə görə məhbusun karserə salınması, onun vəkillə görüşə gətirilməsinə hər hansı bir formada maneə yaratmır. Çünki karserdən görüşə gətirilən məhbus qaytarılaraq yenidən karserə aparılır. Lakin qanunvericiliyin bütün tələblərini xatırlatmağımıza baxmayaraq, bizə görüş üçün şərait yaratmadılar. Hətta Mövsüm Səmədovun yaxınların tərəfindən gətirilən yemək sovqatı da götürülmədi.”
Sonda vəkil bildirdi ki, baş verənləri aydınlaşdırmaq üçün aidiyyəti qurumlara müraciət edəcəklər.
Birlik.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button