AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRtahlil va magaleXəbər lentiXəbərlər

Qarabağın azad edilməsi və onun Qüds mövzusuna təsiri-Təhlil

Qafqaz Həqiqətləri – Azərbaycan Respublikası dindarları son bir-iki ilə qədər iki böyük ağrını daşıyırdılar. Onlardan biri ermənilərin işğalı altında olan Qarabağ, biri də ilahi əmanət olan Qüds idi və bu ağrılardan xilas olmağın tək yolu işğalçıların bu torpaqlardan çıxarılmasıdır.

Neçə illər idi ki, Qarabağ ermənilərin işğalında qalmışdı və Azərbaycan xalqı Qarabağ yanğısı ilə yanırdı.

Neçə illər idi ki, dini hərəkatlar cihad fürsətinin intizarında idi. Çünki azəri əsgərlərinin çoxu dini etiqadlarına əsasən və şəhidlər sərvəri İmam Hüseynə (ə) iqtida etməklə bu cihadın arzusunda idilər. (Sənəd və görüntülər mövcuddur ki, Qarabağın azad edilməsi Əhli-Beyt (ə) aşiqi olan mömin gənclərin iştirak ı və mücahidlikləri ilə baş tutmuşdur . )

Nəhayət, bu ölkə xalqı 2020-ci ildə öz qədim arzusuna çatdı və İslamın canının bu parçası vətənin ağuşuna qayıtdı. Bu mübarək hadisə Azərbaycan şiələri üçün unudulmaz və şirin anlar yaratdı.

Doğrusu, bu həyəcan və vətənpərəstlik hissi təkcə azad edilmiş Qarabağ torpaqlarına aid deyil. Yer kürəsində digər müsəlman torpaqları da vardır ki, imperializm və zorakıların işğalı altındadır. Bunun bariz nümunəsi kimi zülmkar sionistlər tərəfindən işğal edilmiş Qüds ü -şərifi göstərmə k olar .

Qüds də Qarabağ kimi işğalçılardan azad olunmalıdır. 70 ildir ki, bunun intizarındayıq.

Qüds peyğəmbərlərin şəhəri, müsəlmanların ilk qibləsidir. Onu qorumaq üçün bütün dünya müsəlmanları qalxmalıdır. Tarix və mədəniyyət təcrübəsi sübut edir ki, işğal edilmiş Fələstin torpaqlarını geri almaq üçün yeganə yol müqavimətdir. İslam dünyası birlik nümayiş etdirməyincə heç vaxt bu arzu gerçəkləşməyəcək. İslam İnqilabının böyük memarı İmam Xomeyni müsəlmanlar üçün necə böyük bir irs yadigar qoymuşdur.

İmam Xomeyni Ramazan ayının son cümə gününü Qüds Günü adlandırmaqla, İslamın canı olan Qüdsün unudulmasının qarşısını aldı. Bu addım oyaq millətlər üçün İslam aləmində bir mədəniyyətə çevrildi.

Müqavimət zülm qarşısında dayanmağın tək yoludur və Qarabağ da bu mədəniyyətdən ilham alaraq azad edildi. Hamımız şahid olduq ki, Qarabağ Məhəmmədin (s) xalis İslamının müqavimət mədəniyyətinə söykənməklə azad oldu. Bu mədəniyyət azəri döyüşçülərin fədakarlığı ilə birgə oldu.

İslam torpaqlarının azad edilməsində ən mühüm mövzulardan biri də müsəlman ölkələrin siyasətçilərinin və başçılarının çoxunun işğal edilmiş ərazilərə qarşı millətçi baxışlarıdır. Halbuki, bu baxış qətiyyən düzgün deyil. Bölgədə və İslam dünyasında bir sıra siyasi və dini liderlər Fələstin mövzusunu ərəbə aid bir mövzu hesab edilər. Bu baxış Fələstinə vurulan ən böyük zərbədir. Sözügedən baxış əsasən, İran İslam İnqilabının qələbəsindən sonra bir sıra ərəb ölkələri, habelə daxili düşmənlər tərəfindən ortaya atıldı, həlak olan qadın və uşaqları, öz yurdlarından köçkün düşən yüz minlərlə fələstinlini humanitar faciədən etnik və ərəbə aid olan bir mövzuya endirdilər.

Necə ki, Qarabağ mövzusunda bir sıra separatçı pantürkçülər onun türkə aid bir mövzu olmasını deyirdilər və Qarabağın azad olunması üçün dünya türkdilli cəmiyyətin səfərbər olmasını vurğulayırdılar.

Bunu da qeyd edək ki, həmin məsələ Qarabağın azad edilməsində Türkiyənin dəstəyi ilə müəyyən qədər gerçəkləşdi, lakin İran İslam Respublikasının Qarabağ mövzusuna etinasız yanaşmasını və Qarabağın azadlığı üçün heç bir addım atmadığını demək mümkün deyil.

Bir çox dövlətlər və millətlər şahiddir ki, 1991-ci ildə Qarabağ ermənilər tərəfindən işğal edildikdə, İran onun azad olunması üçün hansı dəyərli addımları atdı. Hətta Azərbaycana kömək məqsədilə hərbi qüvvələr göndərdi və bu ölkənin ordusunun qurulmasında təsirli addımlar atdı.

Qarabağın Azərbaycana qayıtmalı olduğunun vacibliyini Ali Məqamlı Rəhbər müxtəlif çıxışlarında vurğulamışdır. Necə ki, İran 50 ilə yaxındır Fələstini və onun ideyalarını müdafiə edir və bu, hamıya aydındır.

İranın prinsipial siyasətlərindən biri də zülm qarşısında məzlumu müdafiə etməkdir. Bütün dünya azadlıqsevərləri də bunu təsdiq edir. Başqa sözlə, Beytül-müqəddəs məscidinin Fələstin və dünya müsəlmanları üçün önəmli və tarixi olduğu qədər Şuşa məscidi də Azərbaycanın ictimai rəyində tarixi və unikaldır, azad insanlar və müsəlmanlar onun azadlığına sevinirlər.

Hər halda İslam ümməti bir bədənin üzvləri kimidir və onun bütün üzvləri ədalətli başçıların nəzarəti və hakimiyyəti altında olmalıdır. Qarabağ və Qüds də bu qaydadan müstəsna deyildir.

Qarabağ mövzusunda 30 illik müzakirə və sa zişin heç bir faydası olmadığı, bu torpaqların cavanların fədakarlıq və müqaviməti ilə azad olduğu kimi Fələstin və Qüdsün azadlığı üçün də sazişin heç bir xeyri yoxdur, Fələstin müsəlmanların müqavimət və fədakarlığı ilə azad olunmalıdır.

Ermənilərin Azərbaycan torpaqlarını qaytarmaq istəmədikləri kimi israillilər də qətiyyən 1948-ci ildəki sərhədlərinə qayıtmayacaq. Bunu İordan çayının qərb sahilində qəsəbələrin salınmasından da başa düşmək olar.

Bu arada regionda Amerika, sionist rejimi və vəhabi cərəyanının, üstəlik, zəiflik göstərən və özünü uduzan bir sıra fələstinli qrupların rolu sionst rejimi ilə birgə yaşayış variantınn qabaqkından daha çox yer almasına səbəb olub. Fələstinlilər öz evlərindən, torpaqlarından və bütün xatirələrindən əl çəkməyincə birgəyaşayış baş tuta bilməz.

Qüds bugün bütün dünya müsəlmanları üçün bir sınaqdır. Azərbaycan Respublikası dindarları son bir-iki ilə qədər iki böyük ağrını daşıyırdılar. Onlardan biri ermənilərin işğalı altında olan Qarabağ, biri də ilahi əmanət olan Qüds idi və bu ağrılardan xilas olmağın tək yolu işğalçıların bu torpaqlardan çıxarılmasıdır.

Birinci ağrı möminlərin və Əhli-beyt (ə) aşiqlərinin müqaviməti ilə aradan qalxdı. İnşallah, İslamın bir parçası olan Qüds də qeyrətli müsəlman cavanların müqavimət və şəhadəttələbliyi ilə İslamın ağuşuna qayıdacaq.

Məsud Zəbihi, beynəlxalq münasibətlər üzrə ekspert

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button