ArxivQarabağSONXƏBƏRLƏRtahlil va magaleXəbər lentiXəbərlər

Qarabağda postmüharibə dövrü: Tehran-Bakı münasibətlərində yeni fəsil

Dağlıq Qarabağ böhranının sona çatması ilə İranla Azərbaycan arasında iqtisadi əməkdaşlıq üçün yeni fürsət yaranıb. Tərəflər bu fürsətdən yararlanmalıdır.

Qarabağ müharibəsi başa çatıb. Daha bu bölgədə müharibəyə şahidlik etməyəcəyik. İndi regional bağlı yeganə hədəf Dağlıq Qarabağın bərpasıdır.
Azərbaycan işğaldan azad olunmuş ərazilərinin bərpası üçün 2,2 milyard manat ayırıb. Aydındır ki, yenidənqurma prosesinin gedişində bu məbləğ artacaq. Bundan başqa, Azərbaycan prezidenti İlham Əliyev 4 yanvar 2021-ci il tarixdə Qarabağ Dirçəliş Fondunun yaradılması haqqında sərəncam da imzalayıb.

Bütün bunlarla yanaşı, aydındır ki, Bakı yenidənqurma planlarını dost ölkələrin birgə səyləri ilə daha sürətli və daha effektiv həyata keçirə bilər. Bu prosesdə iştirak etmək istəyən dost ölkələrdən biri də İrandır. Yeri gəlmişkən, Azərbaycan artıq dost saydığı ölkələri Qarabağın bərpasında iştirak etməyə dəvət edib və dəvət alanlar arasında İran da var.

Azərbaycanla qonşu olan İran həqiqətən də işğaldan azad edilmiş ərazilərin bərpasına ciddi töhfə verə bilər. Çünki bu rayonlarlar coğrafi baxımdan İrana yaxın, hətta onunla həmsərhəddir. Üstəlik, İran xammal və işçi qüvvəsi digər ölkələrlə müqayisədə aha ucuz başa gəlir.

Təəssüf ki, son illərdə Dağlıq Qarabağ bölgəsi ilə bağlı münaqişə İran-Azərbaycan əməkdaşlığının daha da genişləndirilməsinə mane olub. Çünki iki dövlətin 132 kilometrlik sərhədi ermənilərin işğalı altında olub və nəticədə həmin ərazilərin potensialından istifadə edilməyib. Nəhayət, Tehranla Bakı yaranmış əlverişli fürsətdən, mövcüd potensialdan istifadə edə, qarşılıqlı əlaqələri daha da genişləndirə bilər.

Lakin yenidənqurma işlərinə başlamazdan əvvəl bu ərazilərin minalardan təmizlənməsi lazımdır. Yeri gəlmişkən, İranın Müdafiə Nazirliyi və törəmə qurumları bu prosesdə də iştirak etməyə hazırdır. İslam Respublikasının Bakıdakı səfiri Seyid Abbas Musəvi ölkəsinin Azərbaycan ərazilərinin minalardan təmizləmə əməliyyatının bir hissəsini humanitar əsaslarla, təmənnasız həyata keçirməyə hazır olduğunu deyib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində hesab edirlər ki, işğaldan azad olunmuş bütün ərazilərin minalardan təmizlənməsinə təxminən 13 il lazımdır.

Qayıdaq Bakı-Tehran əməkdaşlığının potensialına. Azərbaycanın İranla sərhəd bölgəsinin işğaldan azad edilməsi Bakının Araz çayının enerji potensialından tam istifadəsinə yol açır. İndi Azərbaycan tərəfi Xudafərin körpüsünə də tam nəzarət edir. Ötən ilin dekabrında İranla Azərbaycan artıq bölgədə iki su elektrik stansiyasının inşası ilə bağlı yekun razılığa gəliblər. İranın energetika naziri Ərdakanianın sözlərinə görə, bu stansiyalarda elektrik enerjisi istehsalı potensialı 280 meqavat/saatdır. Bundan başqa, Xudafərin su kompleksi hər il 1,6 milyard kubmetr su tənzimləyir və 120 hektar ərazini su ilə təmin edir. İranla Azərbaycan arasında bu sahədə əməkdaşlıq müqaviləsi isə hələ 2016-cı ildə, bu ərazilər Ermənistanın işğalı altında olan zaman imzalanıb.

Beləliklə, İkinci Qarabağ müharibəsinin bitməsi ilə İran-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub. İndi Tehranla Bakı iqtisadi-ticarət əlaqələrini daha da dərinləşdirməlidir. Hər iki tərəf nəqliyyat əlaqələrini, transit imkanlarını artırmaq, siyasi, mədəni, hərbi sahələr daxil olmaqla, bütün istiqamətlərdə əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı imkanlara malikdir.

Son dövrlərdə iki ölkə sərhədindəki Astaraçay üzərindən salınmış körpünün istismara verilməsi ilə nəqliyyat əlaqələri, o cümlədən transit həcmi xeyli artıb. Bu körpü vasitəsi ilə sərhədi gündə 200-300 yük maşını keçir. Nəticədə tərəflər bölgədə ikinci belə körpünü tikmək qərarına gəlib. O, “Şimal-Cənub” dəhlizinin canlanmasında da mühüm rol oynayacaq. Yeri gəlmişkən, Azərbaycan “Şimal-Cənub” beynəlxalq dəhlizində önəmli transit ölkədir.

Beləliklə, postmüharibə dövründə İranla Azərbaycan arasında dialoq canlanmalı, yeni birgə layihələr həyata keçirilməlidir. Bu mənada, İran şirkətlərinin Qarabağın yenidən qurulmasında iştirakı ikitərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əlverişli fürsətdir.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button