ArxivQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Qarabağ münaqişəsi həll olunubmu?-TƏHLİL

İkinci Qarabağ müharibəsinin sona çatmasından 7 aydan çox bir müddətin keçməsinə baxmayaraq, münaqişənin həll olunub olunmaması mübahisəli məsələyə çevrilb.

Qafqaz.ir-nin məlumatına əsasən, Azərbaycan Respublikasının prezidenti üstüörtülü şəkildə bəzi Qərb dövlətlərinin ATƏT Minsk Qrupu çərçivəsində Qarabağ münaqişənin həllinə təkid etmələrinə cavab olaraq bu münaqişənin həll olunduğunu və bir daha müzakirə predmeti olmayacağını bəyan edib. İlham Əliyev iyunun 25-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrelin mandatı əsasında Azərbaycana səfər edən Rumıniya , Avstriya və Litvanın xarici işlər nazirlərini, habelə Avropa İttifaqının nümayəndə heyətini qəbulu zamanı deyib: “Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat bəzi beynəlxalq siyasətçilərin təqdim etməyə çalışdığı kimi, təkcə atəşkəs razılaşması deyil. Bu sənədə baxan hər kəs görəcək ki, o, təkcə atəşkəslə bağlı deyil, bir çox başqa məsələlərlə bağlıdır. Biz post-münaqişə vəziyyəti barədə düşünməliyik.”

Qeyd edək ki, ABŞ və Fransa başda olmaqla bir sıra Qərb dövlətləri son zamanlar Qarabağ üçün “uzunmüddətli siyasi həll variantı”nı ortaya atmaqla rəsmi Bakını qəzəbləndirmişlər.

Prezident Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü zamanı həmin mövzula bağlı öz mövqeyini yenidən təkrarlayıb. “Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir və bizimlə sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalıdır. Sülh müqaviləsinə hazırlıq işləri getməlidir”- deyə İlham Əliyev vurğulayıb.

Görünür 10 noyabr 2020-ci il bəyanatı ilə əlaqədar Azərbaycan prezidenti dəfələrlə Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğunu bildirsə də, onun münaqişə barədə dedikləri birmənalı qarşılanmır. Məsələn Azərbaycan Xalq Cəbhəsinin sədri Əli Kərimli deyib ki, münaqişə Azərbaycanın dövlət bayrağı bütün ərazilərdə dalğalananda, ölkənin ərazi bütövlüyü tam bərpa olunada, münaqişə bitmiş sayıla bilər.

Məlum olduğu kimi Birinci Qarabağ mühaqibəsindən sonra Azərbaycan Respublikasının təxminən 12 min kv. km. ərazisi işğal olundu. Bu ərazinin 4 min kv. km-dən çoxu keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin qalan 8 min kv. km.-ə yaxın hissəsi isə ətraf 7 rayonun payına düşürdü.

İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan ordusu 7 ətraf rayonu və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin min kvadrat kilometrdən çox hissəsini yəni Şuşa şəhəri, Xocavənd rayonunun böyük bir hissəsəsini və keçmiş Ağdərə rayonunun bir hissəsini işğaldan azad etdi. Qalan 3 min kv.km.-lik ərazidə isə 10 noyabr razılaşmasına əsasən Rusiya sülhməramlıları yerləşdirildi və orada qondarma separatçı rejim fəaliyyətini sürdürməkdədir. Yəni Azərbaycan hələ də ərazisinin bir hissəsində suverenliyini təmin edə bilmir və deməli problem Azərbaycan üçün hələ qalmaqdadır.

Hazırkı durumda aydındır ki, Azərbaycan dövlətinin nəzarətində olmayan ərazinin beynəlxalq ictimaiyyət tərəfindən işğal olunmuş ərazi kimi tanıdılması çox çətin işdir və həmin əraziyə Rusiya sülhməramlılarının nəzarət etməsinə Azərbaycan tərəfi özü razılıq verib.

Beləliklə də məlum əraziyə real nəzarət edən Rusiya sülhməramlıları və separatçı rejimin işğalçı kimi tanıdılması ciddi problem olaraq qalmaqdadır. Və buna görə də onların həmin ərazidən çıxarılmasına qərar da verilə bilməz.

Məhz bu kontekstdə dövlət başçısının “münaqişə artıq bitib, arxada qalıb” deməsi beynəlxalq vasitəçilər; o cümlədən ABŞ və Fransa tərəfindən qəbul olunmur. 5 ildən sonra isə rusiyalı sülhməramlıların Qarabağdan çıxması isə tamamilə qaranlıq olan məsələdir. Bu isə o deməkdir ki, Qarabağ münaqişəsinin həll olunduğunu ən azı bu şərtlərə xatir söyləmək olmur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button