ArxivXəbər lentiXəbərlər

İran-Azərbaycan brigə iqtisadi əməkdaşlıq komissiyasının iclası

İran İslam Respublikası və Azərbaycan Respublikasının 10-cu müştərək iqtisadi komissiyası bu gün Tehranda, İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində baş tutub.

İRİB-nin verdiyi məlumata görə, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi bu gün Tehranda keçirilən bu iclasda regionda cərəyan edən hadisələrə işarə edərək, iki ölkə arasındakı iqtisadi və ticarət əlaqələrinin önəmini vurğulayıb.

Bank əməkdaşlıqlarının İran və Azərbaycan arasında iqtisadi və ticarət əlaqələrinin inkişafına xüsusi təkan verəcəyini vurğulayan cənab Vaizi iki ölkə arasında dərin köklərə malik olan tarixi, dini və mədəni bağları, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün misilsiz baza adlandırıb.

Azərbaycanın ticarət və sənaye naziri Şahin Mustafayev də iki ölkənin müştərək iqtisadi komissiyası iclasının keçirilməsini İran-Azərbaycan əlaqələri üçün yeni fürsət hesab edərək, neft, qaz, sərhəd layihələri, nəqliyyat, tranzit, avtomobilqayırma, əczaçılıq və səhiyyə sahələrini ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün münasib sahələr adlandırıb.

Şahin Mustafayev həmçinin, iki ölkənin sərhəd keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsini istəyib və vizanın verilməsi qaydalarının sadələşdirilməsinin tərəflər arasında ticarət əlaqələrinin genişlənməsinə təkan verəcəyini bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button