ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Qarabağ məsələsi Bayden-Ərdoğan görüşünün gündəmində…!?

ABŞ prezidenti Cozef Bayden iyunun 14-də NATO sammitində Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanla Qarabağ məsələsini müzakirə edəcək.

 Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan jurnalistlərə bildirib ki, dövlət başçılarının görüşündə Qarabağ məsələsi ilə yanaşı, həmçinin Suriya, İran və Əfqanıstan mövzuları diqqət mərkəzində olacaq.

Baydenlə Ərdoğanın təkbətək görüşünün detallarını açıqlayan Ağ Ev rəsmisi “iki liderin Aralıq dənizinin şərqi, Suriya, İran, Qarabağ kimi regional məsələlərə dair geniş və əhatəli gündəliyi olacaq”, – deyə bildirib.

Xatırladaq ki, C.Bayden Respublika Günü münasibətilə Azərbaycan prezidentinə yazdığı məktubda “Qarabağ munaqişəsi”-nin uzunmüddətli həllini tələb etmişdi.

Məktubda Bayden ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllini 30 ilə yaxın müddətdə uzatmış Minsk Qrupunun həmsədri olduğunu xatırladaraq münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq olduğunu bildirmişdi.

Siyasi çevrələrdə belə təəssürat yaranıb ki, ABŞ prezidenti Qarabağ münaqişəsinin hələ də mövcudluğuna işarə etməklə, həmsədr ölkə kimi bu yöndə fəallıqlarını artıracaqlarına eyham vurur.

Azərbaycanda isə hesab edirlər ki, ABŞ-ın siyasi həll yolundan danışmaqda məqsədi rəsmi Bakıya təzyiq göstərərək Ermənistanı ruhlandırmaqdır. Bu istiqamətdə hətta Azərbaycana qarşı sanksiyaların tətbiq olunması belə istisna edilmir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button