AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialtahlil va magaleXəbər lentiXəbərlər

Qarabağ böhranı və Cənubi Qafqazda kimlik parçalanmaları-Məqalə

Ötən iyirmi il boyunca Cənubi Qafqaza hakim vəziyyət səbəbindən Azərbaycan, Gürcüstan və Ermənistan ölkələrinin heç biri özünü bölgədə təyinedici bir ölkə kimi sübuta yetirə bilməyib.

Qafqaz Həqiqətləri xəbər verir ki, siyasi elmlər üzrə doktor Arif Abdullah və beynəlxalq münasibətlər üzrə ekspert Əhməd Rəsuli qələmə aldıqları məqalədə Qarabağ və Cənubi Qafqazda baş verən hadisələri araşdırıblar. Məqaləni oxuculara təqdim edirik:

Qarabağ böhranı və Cənubi Qafqazda kimlik parçalanmaları

Cənubi Qafqaz ölkələrinin 1989-cu ildə SSRİ-dən ayrılması bu respublikalara muxtariyyət versə də, bölgənin tarixi pərakəndəliyi və kimlik boşluqları kül altında qalmış köz kimi özünü göstərməyə başladı. Cənubi Qafqazın tarix düzəni belədir ki, bu ölkələri bir-biri ilə fərqlilik və ziddiyyət əsasında tərif etmiş, çatların formalaşmasına şərait yaratmışdır. Belə ki, bugün sözügedən ölkələrə kimlik bəxş edən amil kimi dəyərləndirilir.

Bu tədqiq Azərbaycan və Ermənistan arasında kimlik kəsb etmək bəhanəsi ilə baş verən uzunmüddətli qarşıdurmaların səbəbini araşdırır. Həmin səbəbdən tədqiqin əsas sualı budur: “Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsi regional kimlik prosesini hansı səmtə sövq edir?”

Tədqiqin əsas fərziyyəsi budur ki, Cənubi Qafqaza hakim vəziyyət fərqli tarix təcrübələrinə diqqət etməklə, Qarabağ mövzusunun gedişini məhz hərbi qarşıdurma formasından çıxarmış və bu ölkələri öz kimliyini təsbit etmək üçün həmin toqquşmalara sövq etmişdir. Halbuki, Cənubi Qafqaza hakim kimlik düzəni tarixi ixtilaflar üzərindədir, elitaların baxışlarının dəyişməsi və yeni kimlik tərifi ilə yaxınlaşma mövcud təzadın yerini tuta bilər.

Hazırkı tədqiq sənəd və kitabxana metodları ilə məlumatları toplamış, təsviri-analtik metodundan istifadə etməklə fikir yürütmüşdür.

Tədqiqin nəticələri sübut edir ki, bölgə ölkələri tarixi ixtilaf və fərqliliyə diqqət etməklə ayrı-ayrı kimlik kəsb etmək, yaxın fərqlilik tərif etmək səmtinə getmişdir. Halbuki, onlar öz müstəqil kimliyini təsbit etmək, itirilmiş tarixi kimliyini kəsb etmək və öz tarixi baxışını yenidən tərif etmək üçün bölgə və qonşu ölkələrə ehtiyacları vardır. Bu üzdən Qarabağ böhranının bir əraziyə sahiblik etmək üçün müharibəyə girməkdən daha üstün bir amala görə baş verməsi sübut edir ki, Azərbaycan və Ermənistan tarixi kimlik əldə etməyə təlaş edir.

  1. Esse

Hər bir millətin kimliyi ilk növbədə coğrafi mühitin təsiri, o millətə hakim mədəniyyət, ictimai adət-ənənələrdir. Kimlik o mahiyyət və varlıq mənasına işlənir ki, zati sifətlər vasitəsilə onu tanımaq mümkün olsun. Kimlik insanın psixoloji və hər hansı ictimai həyatının ehtiyacı hesab olunur.

Hər bir millətin özünəməxsus davranış örnəkləri vardır ki, digər mədəniyyətə sahib millətlər üçün həmin örnəklər yaddır. Bir millətin kimliyi həmin millət üçün məsuliyyət gətirir, məkan kimliyi olaraq onun dinamikliyi və möhkəmliyi üçün şərait yaradır. Ona görə də bir xalqın kimliyinin hər hansı ziyan görməsi o millət və ölkədə qeyri-sabit böhranların yaranmasına səbəb ola bilər.

Cənubi Qafqaz bölgəsi milli birlik və kimlik baxımından uyğun vəziyyətə sahib deyil. Lakin tarixi hadisələrin gedişi və o bölgədə insanların illər boyu ortaq həyatı göstərir ki, fikir ayrılıqlarına baxmayaraq, Cənubi Qafqaz sakinləri özlərini bu bölgənin bir hissəsi bilirlər. Bununla belə, qövm və din müxtəlifliyi səbəbindən hələ də hökumət-millət quruculuğu prosesini təkmilləşdirə bilməmişlər. Diqqət etmək lazımdır ki, ötən iyirmi il boyunca Cənubi Qafqaza hakim vəziyyət səbəbindən Azərbaycan, Gürcüstan və Ermənistan ölkələrinin heç biri özünü bölgədə təyinedici bir ölkə kimi sübuta yetirə bilməyib, həmişə təlaş ediblər ki, hər biri imkanları, məhdudiyyətləri və gücü səviyyəsində öz münasibətlərini regional və transregional oyunçularla tənzimləsinlər. Bu arada kimlik elementinin qüdrət, daxili və xarici siyasət, mədəniyyət, milli birlik, sosial tarazlıq, ictimai rəy, habelə fikir ayrılığı, millətin qeyri-sabitliyində möhkəm və təsirli köklərin varlığı və s. kimi digər komponentlərin hər birinin təsiri vardır ki, bu mövzulara diqqət yetirməmək olmaz.

Dağlıq Qarabağ müharibəsi SSRİ-nin parçalanmasından sonra 1988-ci ildə başladı. Qarabağ İranın şimal qonşuluğunda yerləşir və Azərbaycanla Ermənistan arasında ərazi ixtilafının əsas səbəbidir. Hər iki ölkə bu bölgəni öz ərazisi sayır və hal-hazırda Rusiya ordusunun nəzarətindədir. Qarabağ üzərində müharibəyə görə indiyədək yüzlərlə insan həyatını itirmişdir. Azərbaycan və Ermənistan arasında müharibənin tarixi təzə deyil və bu bölgədə mövcud münaqişələr dərin çatlardan qidalanır. Azərbaycan və Ermənistan arasında sərhəd toqquşmaları Cənubi Qafqazda formalaşmış bir hadisədir. Lakin bu hadisənin təhlili mövzunun özünə qayıtmır və regional təhlillərdən yuxarıda yer alır. Ona görə də Qarabağın uzunmüddətli böhranının əsas səbəblərinin tanınması istiqamətində elmi tədqiq kimlik mövzusuna diqqət edilmədən həyata keçməmişdir və bu tədqiq Cənubi Qafqazda mövcud çatları araşdırmaqla həmin suala cavab vermək ardıncadır.

Azərbaycan və Ermənistan arasında Qarabağ üzərində qarşıdurma regional kimlik yaratma prosesini hansı səmtə sövq edir? Bizim əsas fərziyyəmiz budur ki, Cənubi Qafqaza hakim vəziyyət fərqli tarix təcrübələrinə diqqət etməklə, Qarabağ mövzusunun gedişini məhz hərbi qarşıdurma formasından çıxarmış və bu ölkələri öz kimliyini təsbit etmək üçün həmin toqquşmalara sövq etmişdir. Halbuki, Cənubi Qafqaza hakim kimlik düzəni tarixi ixtilaflar üzərindədir, elitaların baxışlarının dəyişməsi və yeni kimlik tərifi ilə yaxınlaşma mövcud təzadın yerini tuta bilər.

  1. Tədqiqat ədəbiyyatı (fon)

Cənubi Qafqazda kimlik böhranı tezisinin kateqoriyası haqqında mövcud ədəbiyyatı fars və ingilis dillərində yazılmış əsərlər arasında araşdırmaqla belə demək olar ki, parçalanma və olayların təhlili barədə qaynaqların çoxluğuna baxmayaraq, yazılmış əsərlərdən heç biri Qarabağ mövzusunda kimlik böhranının təsiri bucağına yetərincə diqqət yetirməyib, yaxud indiyədək Qarabağ böhranının araşdırılmasında dominant prosedur kimlik böhranından təsirlənməyib.

“Ketabe səbze Cumhuriyi Azərbaycan” kitabında Azərbaycanın coğrafyası, cəmiyyəti, sosial, mədəni, iqtisadi və siyasi durumu haqda vəziyyət külli şəkildə araşdırılmışdır. Lakin kitabın məlumatı 1997-ci ildən qabaqkı dövrə aiddir. Habelə, Qarabağın kimlik böhranına aid mövzuya toxunmur.

Vəli Cəbbari “Şiəyani Cumhuriyi Azərbaycan” kitabında bu ölkənin coğrafi vəziyyətini, siyasi quruluşunu, şiəliyin tarixini və İran İslam İnqilabından sonra şiə partiya və hərəkatlarının rolunu araşdırmışdır. Kitabda yalnız şiə siyasi partiyalarının roluna toxunulur, lakin dini kimliyin türk kimliyi ilə rəqabətindən söz açılmır.

İbrahim Ağaməhəmmədi və Əli Humayun Ağamirlunun qələmə aldığı “Bərrəsiyi munaqeşeyi Qərəbağ əz mənzəri həqqi təyini sərneveşti mellətha” məqalədə gəlmişdir ki, Ermənistan millətlərin öz taleyini təyin etmək haqqını istədiyi kimi izah edərək Azərbaycan Respublikasında ermənilər məskunlaşmış Qarabağ muxtar vilayətini işğal etmişdir.

Əli Vəliqulizadə “Təbyini əvamili muəssir və şiklgiriyi olqohayi muxtəlifi rəftari dər bohrani Qərəbağ” adlı məqaləsində belə inanır ki, oyunçuların hər birinin bu olaylara qarşı idrak təzad və fərqləri onların Qarabağ böhranındakı cari hadisələr və onun həllinə anlaşılmaz və təzadlı yanaşmalarına səbəb olur.

Müctəba Rustayi “Jeopolitik bohran dər Qərəbağ və bərrəsi nəzəriyi rahi həlli an” başlıqlı məqaləsində təhlükəsizlik konstruktivizmi modelindən istifadə etməklə, bölgədə böhrandan çıxış yolunu təqdim edir. Bu model izah edir ki, təhdidlərin kökü oyunçuların zehinlərindədir və qarşıdurma tərəfləri olan Azərbaycan və Ermənistanın gəldiyi zehni nəticələr böhranın dərinləşməsinə səbəb olmuşdur. Hər iki tərəfin mənfi zehniyyəti davam etdikcə, bu böhranın həlli istiqamətindəki təlaşlar da səmərəli olmayacaq.

  1. Baxış bucağı

  2. a) Konstruktivizm baxışından kimlik tezisi

Kimlik yaratma prosesinə təsirli elementlər üzərində hərəkət təzə müstəqillik tapmış ölkələrin əsas xüsusiyyətlərindən sayılır. Çünki belə ölkələrdə kimlik amilləri digər strateji mövzular üçün bir növ fon sayılır və onların kimlik köklərində silkələnmə həmin ölkələrin mahiyyətində zəifliyə, hətta naqisliyə səbəb olur. Əslində belə ölkələri zəif ölkə kimi nəzərə almaq lazımdır. Çünki Ermənistan, Gürcüstan və Azərbaycan kimi təzə müstəqillik qazanmış ölkələr kimlik yaratmanın bütün meyarlarını təhlükəsizlik mövzusu hesab edirlər. Barri Buzan zəif dövlətlərin xüsusiyyəti haqda belə düşünür: “Yüksək səviyyədə siyasi zorakılıq, əhalinin gündəlik həyatında siyasi polisin şübhəli rolu, hakimiyyətin təşkilatçılığı ideologiyasında əsas siyasi münaqişə, dövlətdə rəqib milli kimliklərin hüzuru ilə inteqrasiya olunmuş milli kimliyin yoxluğu, siyasi hakimiyyətin açıq bir iyerarxiyasının olmaması kimlik komponentinin bir dövlətin iqtidar və zəifliyinə birbaşa təsir göstərən açıq nümunələrdir.” (Buzan, 1999: 122)

1980-1990-cı illər arasında müxtəlif camiələrdə maddi izahlarla şərh edilməsi mümkün olmayan hərəkatların formalaşması, bu hərəkatlarda fərd və qrupların “öz” və “başqası”ndan təqdim etdiyi tərif və əhəmiyyət ictimai hərəkatların nəzəriyyəçilərinin diqqətinin kimlik mövzusuna cəlb olmasına bais oldu. (Muşirzadə və Məsudi, 2008: 2)

SSRİ-nin parçalanması prosesində və ondan sonra Balkan, Orta Asiya, Yaxın Şərq, Afirka və s. olaylarında kimlik mövzusu bir sıra beynəlxalq münasibətlər ekspertlərinin diqqət mərkəzində oldu. (Mürtəzəviyan və başqaları, 2013: 115)

Neçəli kimliklərin yaranması, ölkələr arasında kimlik sərhədlərində anlaşılmazlıq və iğtişaş, qərarlarda kimlik təməli barədə idrak və təfəkkürlərin gündəlik artan rolu, siyasi və dövlət-millət kimliklərində qohumluq əlaqələrinin qırılması, yeni kollektiv kimliklərin büruz etməsi, kimlik siyasəti meydanına söykənən zorakılıqdan yaranan yeni iradlar kimliyinin yeni beynəlxalq sistemlərə, qurumlara, proseslərə və vasitəçilərə təsirini göstərir. Digər tərəfdən aktivistlərin kimliyi də maddi quruluşlar üzərində deyil, qarşılıqlı anlaşmalar, prosedurlar, normalar, dəyərlər, mədəniyyət, ideologiya, prinsipial inanclar və institusional fikirlər üzərində formalaşır və bunu başa düşmək üçün məna əsaslarına diqqət yetirmək lazımdır. Deməli, şəxs qarşılıqlı anlaşma, prosedur və normalarla yanaşı kimlikdə də dəyişikliyə səbəb olur. (Muşirzadə, 2008: 9)

Kozlovskiy və Kratoxvil “insanların yeni kimlik və ictimai-siyasi təfəkküründən irəli gələn dəyişmiş prosedurlara necə daxil olması, yaxud bunun əksi: hökumətlər arasında dəyişmiş anlaşmalar insanlar arasında prosedurları necə dəyişirlər” mövzusuna təkid edirlər. (Kozlovskiy və Kratoxvil, 1995: 134-136)

Bu fonda ən yaxşı misal SSRİ hökumətində Qorbaçovun hakimiyyətə gəlməsi ilə kimlik yaratma daxili elementlərində (hadisələrin və daxili məna yaratmaların təsiri altında) dəyişikliyin yaranması məsələsidir ki, onun fərqli reaksiyaları, habelə, “başqası”ndan yeni təfəkkürün yaranmasına gətirib çıxartdı, sonra SSRİ və Qərb (digəri) arasında anlaşma cərəyanında kimliklər və ictimai normalar institusional münasibətlərlə formalaşa və dəyişə bilər. İnsanların istədiyi onların kimlə anlaşdıqlarını, o qruplara hansı həddə asılı olmalarını, anlaşma prosesindən nəyə nail olacaqlarını bilmək, öz prioritetlərinə və idrak maraqlarını başqalarına tanıtmaq və onlar üçün qanuniləşdirməkdir. Bu fərziyyələrdən iki məsələni nəticə almaq olar:

  1. Fərd ya aktivistlər qrupun müəyyən edilmiş legitimlik anlayışından daha çox asılı olarsa, qərar qəbul etmə siyasətlərini və prosedurlarını qəbul etmələri ehtimalı da bir o qədər yüksəkdir.

  2. Cəmiyyətin qanunilik və mahiyyət barədə dərki dəyişdiyi kimi aktivistlərin də prioritetləri dəyişir. (Lepgold və Nincic, 2001: 150-151)

Belə nəticə almaq olur ki, hökumətlər arasındakı anlaşmalarda onlar daim “öz”ü və “başqası”nı yenidən tərif edə bilərlər. Hətta, əgər hökumətlər əvvəl bir-birinin qarşısında mənfəətpərəst və eqoist kimi dayansalar da, davamlı anlaşmanın bir prosesində əməkdaşlığa əsaslanaraq, qeyri-mənfəətpərəst və qeyri-eqoist oyunçulara, bir növ dosta çevrilə bilərlər. Bu kimlik dəyişməsi sosial transformasiya mənası daşıyır. (Vendt, 1994) Ona görə də uzun müddətdə kimliklərin dəyişməsi sistemlərin dəyişməsinə gətirib çıxara bilər. (Uilmer, 2000: 216)

Klassik və neo-klassik realistlərin açdığı mövzulardan bəziləri (xarici siyasəti formalaşdırmaqda, yaxud inqilabçı hökumətlərə bağlı mövzularda ideologiyanın əhəmiyyətinə diqqət etmək kimi), habelə liberalizm və neoliberalizmdə ortaya qoyulan məsələlərdən bəziləri (beynəlxalq rejimlərdə norma və prinsiplərin rolu, yaxud xarici siyasətdə təfəkkürün rolu kimi), hətta neo-realistlərin bəzi işərələrində (Kennet Valtzın mövzularında sosializasiya kimi) sübut edir ki, semantik amillər də beynəlxalq münasibətləri rasionalistlər baxımından izah etməkdə rol oynayır, ancaq həmin amillər bu nəzəriyyələrdə açar rolunu oynaya bilmirlər. (Muşirzadə və Məsudi, 2008: 3) Bu sahədə kimliyin epistemoloji baxımdan tərifi vurğulanır: “Ən əhəmiyyətlisi onu necə tanıya bilərik deyil, onun nə olmasıdır.” (Vendt, 2000: 17)

Cənubi Qafqazın üç ölkəsində hökm sürən ictimai-siyasi vəziyyədə diqqət etdikdə, onların hər birinin dövlət-millət quruculuğu və öz kimlik əsaslarını möhkəmləndirmə prosesini keçdiyini, kimlik yaradan meyarlara təkid etməklə, öz iradələrini daxildə və bölgədə tətbiq etməyə çalışdıqlarını görürük.

  1. 4. Ermənistan

Müstəqillikdən sonrakı dövrdə Ermənistandakı milli kimlik getdikcə inkişaf edən və güclü bir imic göstərmişdir. Orta Asiya və Qafqaz ölkələri arasında erməni xalqı ən güclü, ən birgə və müstəqil mədəni və tarixi kimliyə sahibdir. Lakin siyasət və iqtisadiyyat sahəsində sistem o qədər dinamik deyil ki, zaman keçdikcə digərlərinə nisbətən daha tez inkişaf etsin. (Səriulqələm, 2000: 101)

Bu ölkə dövlət-millət quruculuğu prosesi baxımından Cənubi Qafqazın digər iki ölkəsindən (hətta postsovet respublikalarının çoxundan) daha yaxşı vəziyyətdədir. Başqa sözlə, Ermənistan Orta Asiya bölgəsi və Qafqaza hakim milli birlik və kimlik vəziyyətində bir istisna sayılır. Əhalinin demək olar ki, homojen olması (əhalinin 97% -i bir etnik qrupdur), Rusiya ilə ortaq sərhədlərinin olmaması, zəngin etnik tarixi və mədəniyyəti siyasi müstəqillik qazandıqdan sonra Ermənistanın dövlət-millət quruculuğu prosesində uğurunun səbəblərindən sayılır. (Kuzəgər Kalici, 2017: 102)

3-1. Erməni kimliyinin göstəriciləri

  1. a) Birliyi və kollektiv kimliyi qorumaq, əbədi düşmən olan türkləri tanımaq vasitəsi ilə öz kimliyini tanıtmaq

Bu gün ermənilər demək olar ki, mədəniyyətinə qatqılar olmamış azsaylı etnik qruplardan biridir və onların dünyanın müxtəlif ölkələrinə, xüsusilə də postsovet ölkələrinə, İran, Livan, Suriya, Fransa, Amerika, Avstraliya, Kanada, Cənubi Amerika, İspaniya (Şeyx Əttar, 1994: 110) və s. səpələnmələrinə baxmayaraq öz kimliklərini qoruyub saxlayıblar. Qabaqlar da gördüyümüz kimi ermənilərin tarix yaddaşında türklərə qarşı bir növ şiddətli nifrət və düşmənçilik vardır. Bu da səbəbsiz deyil. Çünki keçmişdə Osmanlı İmperatorluğu və Türkiyə (1915-ci il soyqırımı kimi) tərəfindən əzab-əziyyətlərə düçar olublar. Ermənilər üçün bu düşməntanıma, kimliyi tanımaq və onu qorumaq amillərindən sayılır. Digər tərəfdən bu mövzu onların öz tarixi düşmənləri-türklərə (Türkiyəyə) qarşı daimi nifrətini gündəmdə saxlayır. (Zərgər, 2001: 25)

  1. b) Rus dostluğu amili

Ermənilər Çar Rusiyası dövründə Qafqaza girmək üçün ruslarla razılaşan etnik qruplardan olub və bu qüdrətli xristian ölkəsinin onları müsəlman türklər qarşısında qoruyacağını düşünürdülər. Habelə SSRİ dövründə və ondan sonra da (müstəqillik dövrü) ermənilər arasında ruslara bir növ meyl və maraq görünür. Ümumiyyətlə, erməni millətçiliyi öz rusiyapərəstlik xüsusiyyətini qorumuşdur. (Herzog, 1996: 177)

  1. c) Yüksək uyğunlaşma

Ermənilər çox yüksək səviyyədə uyğunlaşma xarakterinə sahibdirlər. Belə ki, dünyanın çox yerində sakin olmaqla eyni zamanda yerli mədəniyyətlərlə yüksək səviyyədə birgəyaşayışa gedirlər. Bunu da qeyd edək ki, yüksək səviyyədə uyğunlaşma və birgəyaşayışla eyni zamanda digər mədəniyyətlərdə çox nadir halda cəzb olurlar. Bu da onlarda yüksək etnik müqavimət və dirənişi göstərir. Belə bir yüksək müqavimətin səbəbi erməni milli kimliyinin zəngin tarixi mənbələrdən qaynaqlanmasıdır. (Zərgər, 2008: 25) Erməni kimliyi mif rəngi də qatılmış tarixi məkanla sıx və mürəkkəb əlaqəyə malikdir. (Səccadpur, 2004: 10)

Ermənilər üçün digər kimlik mənbələrindən biri də diaspora və ya köçkün olmalarıdır və bu məsələ onlar üçün zəngin tarixi xatirə və sərgüzəşt yaratmışdır. Diaspora uzun illərdir ki, türklərin onlara əzab-əziyyət verməsinə bağlı xatirələrin xəzinəsi olmuşdur və bu xatirələri gündəmdə saxlamışdır. (Goldenberg, 134)

  1. d) Ermənistan daxilində və xaricində olan bütün ermənilər üçün Qarabağ adlı ortaq bir münaqişə mərkəzinin mövcudluğu bu ölkənin kimliyinin gücləndirilməsində, daxili birliyin gücləndirilməsində və digər kimlik qurma göstəricilərinin qorunması və möhkəmləndirilməsi üçün xarici kontekstlərdən istifadə edilməsində ən önəmli amillərdən biri olmuşdur. Qarabağ məsələsinə diqqət dünya erməniləri arasında birlik və həmrəyliyin güclənməsinə səbəb olmuşdur. Qarabağ münaqişəsindəki mümkün qələbədən qaynaqlanan milli qürur hissinin genişlənməsi bu ölkədəki dövlət-millət quruculuğu prosesinə təsir göstərən başqa bir təsirli amillərdəndir.

Erməni soyqırımına (1915 soyqırımı) təkid əsasında tarix yaratma, dünya miqyasında simvol və mif yaratmadan (Ararat mifi) geniş istifadə həmişə millətçilərin istəklərini stimullaşdırmaq və ermənilər arasında birliyi qorumaq üçün zəngin bir qaynaq olmuşdur. Cənubi Qafqazın digər iki ölkəsindən fərqli olaraq, Ermənistan daxili qarşıdurma (etnik fikir ayrılığının olmaması) və regional münaqişə (Qarabağ münaqişəsi) mərkəzlərindən milli kimliyi gücləndirmək üçün müsbət amillər kimi istifadə edə bilmişdir. Nəticə olaraq, milli kimliyin gücləndirilməsi və dövlət-millət quruculuğu prosesi və milli dövlət qurma yolunda daha az problem və maneə ilə qarşılaşmışdır. Digər tərəfdən Rusiya ilə yaxşı münasibətlər, hətta ölkə daxilində bu Rusiyanın hərbi bazalarından faydalanmaq, Gürcüstan və Azərbaycandan fərqli olaraq Ermənistanın Rusiya ilə münasibətlərinin daha yaxşı vəziyyətdə və davamlı olmasına səbəb olmuşdur. Bütün bu amillər Cənubi Qafqazın digər iki ölkəsi ilə müqayisədə Ermənistanı kimlik qurma prosesində imtiyazlı bir vəziyyətdə dayanmasına şərait yaratmışdır.

  1. Azərbaycan

  2. a) Azərbaycançılıq

Müstəqillik illərindən sonra Azərbaycan Respublikası kimlik qurmada yeni mərhələyə daxil oldu. Belə ki, qərbə baxışla “azərbaycançılıq” prinsipi bu ölkənin yeni kimlik qurması üçün əsas strategiyasına çevrildi.

Azərbaycan modern dövlət təşkili prosesini yaşayır. Qeyd edək ki, bu proses Azərbaycanın dəyərlərinə diqqətsizliyə səbəb olmur. Azərbaycan xalqı əsrlər boyu öz milli-mənəvi dəyərlərini və ana dilini qoruyub saxlamışdır. Bugün də hazırkı hökumət həmin dəyərlər üzərində qurulmuşdur və özünün inkişaf və tərəqqi yolunu gedir. Milliyyətçi ideologiya planı və Azərbaycan dilinin latın əlifbasında rəsmi qeydə alınması Heydər Əliyevin onları yaratmaq üçün atdığı mühüm addımdır. Hal-hazırda İlham Əliyev həmin siyasəti davam etdirir. Lakin bu bölgədəki cəmiyyətin mədəniyyətinin və həyatının formalaşmasında mənəvi dəyərlərin rolu göz ardı edilə bilməz. Azərbaycan siyasətçiləri bu ölkə xalqının millətçilik mənsubiyyətindəki mənəvi dəyərləri müxtəlif plan və düşüncələrlə təsis etməyə çalışırlar. Milli və mənəvi dəyərlər millətçi ideologiyanın ayrılmaz hissəsidir. Azərbaycan xalqı əsrlər boyu dil, din, adət-ənənə, mənəviyyat, şücaət, müqavimət, həmrəylik, vətənpərəstlik, səxavət və izzət kimi dəyərlərini qorumuşdur. Azərbaycanın milli və əxlaqi dəyərləri milliyyətçi ideologiyanın formalaşmasına təsir qoyur. (Ömərov, 2012)

  1. b) Türkçülük

Azərbaycan Respublikası özünü qərb dəyərləri ilə uyğunlaşdırmağa səy edir və eyni halda İslam ölkələrindən sayılır. Türkçülük və azərbaycançılığa uyğun kimlik bu ölkənin əsas şüarıdır.

İlk növbədə və hər şeydən əvvəl Azərbaycan Respublikası insan hüquqları doktrinalarından irəli gələn demokratik və qərb dəyərlərinə sadiq qaldığını elan etdi və özünü qürurla 1918-ci ildə müsəlman şərqində parlament demokratiyası sayılan Azərbaycan Demokratik Respublikasının varisi kimi təqdim etdi. (Qəribov, 2017: 18) Həmin baxış Azərbaycanda milli kimliyin əsaslarının dərinləşdirilməsinin bir müqəddiməsidir.

Azərbaycan Respublikasının kimliyinin formalaşmasında birbaşa təsir qoyan növbəti mərhələ onun yerləşdiyi coğrafi bölgədir. Belə ki, Azərbaycanda ümumi mədəniyyət bu ölkənin xas bir coğrafi bölgədə yerləşdiyinə görə bir tərəfdən İslam mədəniyyətindən, digər tərəfdən də Avropa (qərb) mədəniyyətindən təsirlənmişdir. Bu təsir keçmiş vaxtlardan Azərbaycanın qədim ərazi mədəniyyətində mövcud olmuşdur, İrandan ayrıldıqdan sonra rus mədəniyyəti ona nüfuz etmiş və təsir qoymuşdur və 1991-ci ildə müstəqillik əldə edən vaxta kimi davam etmişdir. (Vahidi, 2003: 271)

Müstəqillikdən sonrakı dövrdə Azərbaycan Respublikası ciddi şəkildə milli kimlik böhranı ilə üzləşdi. Azərbaycan Respublikasının tamamilə etnik fonda qurulduğu aşkar bir reallıqdır. Müstəqilliyin başlanğıcında Azərbaycanın siyasi kimliyi islamçılıq, türkçülük və modernizm kimi üç prinsip əsasında müəyyənləşdirildi və təməli qoyuldu. (Seyfzadə, 1999: 86)

Belə bir kimlik təməlinin qoyulmasının təzahürünü Azərbaycan Respublikasının bayrağında açıq şəkildə görmək olar. Belə ki, onun üç rəngi, onun üzərindəki ay və 8 bucaqlı ulduzu belə bir kimlik aspektinə diqqət etməklə müəyyənləşmişdir. Öz milli kimliyi haqda bu kimi təfəkkür digər etnik qrupların, xüsusilə də ermənilərin qorxu və fikir ayrılığında mühüm rol oynamışdır. Görünən odur ki, Azərbaycan Respublikası yeni bir kimlik yaratma cəhdində cəmiyyətin türkləşmə elementinə daha çox əhəmiyyət vermiş və azəri millətçiliyi buna daha çox müraciət etmişdir. Şübhəsiz ki, Elçibəy hökuməti sərt millətçi şüarları ilə özünü tanıma səyində əsas rol oynadı. Türkləşdirmə və ya Azərbaycan cəmiyyətinin tamamilə türk imicini təqdim etməyin öz təsirləri və nəticələri olmuşdur. (Zərgər, 2009: 992)

Hanter 1989-1993 illər arasında Azərbaycanın siyasi tarixi üç fərqli dövr qeyd etmişdir.

Birinci dövr: Bu dövrdə müstəqillik meylləri və türkçülük hisləri artmışdır (1989-1992).

İkinci dövr: Bakıda Elçibəy və ekstremist millətçilərin hökuməti dövrü olmuşdur və pantürk meylləri anti-İran və anti-Rusiya istiqamətləri ilə özünün pik həddinə çatmışdır (1992-1993).

Üçüncü dövr: Heydər Əliyev dövrü sayılır və bu dövrdə daha mülayim və tarazlı bir siyasət yürüdürdü (1993-1994).

Hanter Azərbaycanda dövlət-millət qurma prosesi barədə yazır: “Müstəqillik qazandıqdan sonra bu ölkədə milli quruculuq prosesi bir sıra amillərə görə əngəllərlə qarşılaşdı. O cümlədən: dini və etnik heterojenlik, ortaq və mürəkkəb bir mədəni irs, liderlər arasında ideoloji, bürokratik və ailə yönləri arasında dərin parçalanmalar, geniş maraqlar və geosiyasi və neft faktorları səbəbilə Azərbaycan siyasətinə xarici müdaxilə, eləcə də xarici qüvvələr tərəfindən Azərbaycan etnik məsələlərinə müdaxilə, digər çatlar və mədəni anlaşılmazlıqlar.” (Hanter, 1992: 95)

Azərbaycan Respublikası öz müstəqilliyini millət qurma həyəcan və şövqü ilə kəsb etmədi, əksinə Sovet İttifaqının parçalanması ilə bu mövqeə yönəldi. Bu ölkə müstəqillik əldə etdiyi vaxt öz qonşusu Ermənistanla müharibə vəziyyətində idi və bu münaqişə bugün də öz həllini tapmamışdır. Müharibə və dövlət qurmaya aid tələblər hələ də bu ölkəyə kölgə salmışdır və müharibədən qaynaqlanan nəticələr, habelə millət qurmaya aid hədəflər, tamamilə müəyyən edilmiş sərhədlərin varlığını zəiflətmişdir. (Otadi, 2007: 64)

Azərbaycan Respublikasında Ermənistanla qarşıdurma böyük dərəcədə yeni kimlik aramaya təsir göstərmişdir və əslində bu ölkə üçün kimlik qurma tələbi daha çox Ermənistanla münaqişədə axtarılmalıdır. Müstəqillikdən sonrakı dövrdə azəri kimliyi özünü erməni kimliyi qarşısında qəti şəkildə müəyyənləşdirdi və bu respublikada pantürkçülüyün geniş yayılması da həmin təzaddan təsirləndi. Ermənilərlə Türkiyə arasındakı tarixi-kimlik qarşıdurmasından xəbərdar olan Azərbaycan Respublikası, pantürkizmin istifadəsini Ermənistan üçün narahatedici bilir. Bunu da vurğulayaq ki, görəcəyimiz kimi, bu cür radikal düşüncənin ölkənin İranla münasibətləri modelində də dağıdıcı təsirləri və nəticələri vardır. (Zərgər, 2009: 993)

  1. c) “Milli kimlik” və “dini kimlik” arasındakı rəqabət

Azərbaycan Respublikası özünə kimlik qurma istiqamətində nisbətən çətin yolla üzləşmişdir. Bu ölkə Gürcüstanla müqayisədə həmin fonda yaxşı siyasət yürütmüşdür, lakin Ermənistanla müqayisədə, fürsətlərdən istifadə edə bilməmiş, təhdidləri fürsətlərə çevirməyi bacarmamışdır. Müstəqillikdən sonrakı dövrdə Azərbaycan ən vacib etnik məsələsi olan Dağlıq Qarabağ münaqişəsi ilə üzləşmişdir və təxminən otuz il keçməsinə baxmayaraq, bu böyük problemi hələ tam həll edə və xalqın inamını qazanmaq üçün zəmin qazana bilmədi. Digər tərəfdən, bu ölkə özünün və bölgənin tarixini geniş təhrif etməklə cəhd etmişdir ki, şəxsiyyət yaratmaq, mif yaratmaq, qonşularının musiqisini və qədim idman növlərini özününküləşdirmək, tarixi təhrif etməklə öz kimlik köklərini gücləndirsin, təhlükəsizlik konsepsiyalarınızı dərinləşdirmək üçün lazımlı şərait yararsın.

Bir tərəfdən də, Azərbaycanda zəngin enerji qaynaqlarının mövcudluğu qərbin ondan güclü bir asılılığını yaratmışdır, qərb və Rusiya ilə münasibətlərdə güc tarazlığını yaratmaq üçün Azərbaycan başçıları tərəfindən bir yol xəritəsi hazırlanmışdır və bu baxımdan Cənubi Qafqazın digər iki ölkəsi ilə müqayisədə Azərbaycanın performansı müsbət bir addım kimi qiymətləndirilir.

Ancaq bu istiqamətdə Azərbaycan Respublikasının qarşısında böyük problem durur. O da bu ölkənin şiələri tərəfindən dini kimliyin dirçəldilməsi məsələsidir. Azərbaycan Respublikası “milli kimlik” və “dini kimlik” arasında nəfəs kəsici bir problemlə qarşılaşır. Bir tərəfdən, şiələr tərəfindən inkişafda olan dini kimlik mövzusunun dirçəliş tendensiyası bu respublikanın siyasətçilərinin böyük narahatlığına səbəb olub. Bu amil Azərbaycanın dövlət adamlarının dini kimliyə nəzarət məqsədilə bəzi reaksiyalarına səbəb olmuşdur. Azərbaycan hazırda kimliyin yaradılması prosesini yaşayır. Bu məqsədlə yalnız tarixi hadisələrin saxtalaşdırılması sahəsində deyil, həm də ədəbi, mədəniyyət-incəsənət, siyasi xadimlərin müsadirə edilməsi və ya başqa ölkələrin musiqi alətlərinin və milli oyunlarının öz ölkəsinin adına qeyd olunması kimi addımlarla milli kimlik qurmağa səy edir və bir növ tarix düzəltməklə xüsusi hədəflərə əsaslanan yeni bir kimlik aşılamağa cəhd edir.

  1. Gürcüstan

  2. a) Etnik kimlik böhranı

Cənubi Qafqaz ölkələri arasında; Gürcüstan, digər iki ölkəyə nisbətən əhalinin heterojenliyi və heterojenliyi səbəbindən mümkün olan ən pis vəziyyətdədir. Bu ölkədə mövcud olan çoxsaylı etnik mənsubiyyət etnik və ərazi qarşıdurması qaynaqları yaratmışdır. Belə ki, bu ölkənin müstəqilliyindən 30 il ötməsinə baxmayaraq, hələ də öz ərazilərini tam bərpa və suverenliyini təsbit edə bilməmişdir. Gürcüstanın cəmiyyətinin 70 faizə yaxını gürcü, qalanı isə azəri, erməni, acar, abxaz, osetin, yəhudi və digər millətlər təşkil edir.

Gürcüstan müstəqilliyinin əvvəlində Abxaziya və Cənubi Osetiya bölgələrində separatçılıq və mərkəzi hakimiyyətə tabe olmamaq kimi ciddi problemlərlə qarşılaşdı. Qeyd edək ki, baş nazir Zviad Qamsaxursiyanın “Gürcüstan gürcülər üçün” millətçi siyasət yürütməsi, bu böhranın dərinləşməsində mühüm rol oynadı. Mövcud vəziyyətin səbəbi 1990-cı ildə mərkəzi hökumətlə separatçı bölgələr arasında daxili müharibələrin baş verməsi oldu və Gürcüstanda dövlət-millət prosesinə və siyasi sabitliyə mənfi təsir qoydu. (Kuzəgər Kalici, 2017: 118)

Qızılgül inqilabından sonra Saakaşvilinin hakimiyyətə gəlməsi və 8 avqust 2008-ci ildə Rusiya ilə müharibənin baş verməsindən sonra bu böhran Gürcüstanın suverenliyinin aspektlərini tamamilə sarsıtdı.

Gürcüstan, milli kimlik nümayiş etdirmək baxımından zəiflik göstərdi. Bu ölkə də digər postsovet ölkələrin bir çoxu kimi müxtəlif böhranlarla əlbəyaxa oldu. Onların başında milli kimlik və onunla ilgili qanuniliyə toxunmaq olar. Kimlik böhranı, nəzərdə tutulan cəmiyyət arasında dərin bir milli kimlik hissini stimullaşdırmaq, beləliklə hər fərddə məhdud bir ərazidə toplanmış bir topluma mənsubiyyət hissi yaratmaq ehtiyacına qayıdır. Yeni hökumətlərdə bu zərurət kortikal toplumlara (irqi, qəbilə, tayfa və s.) bağlılıq yaradan yerli vəfadarlıq və ənənəvi əlaqələrlə yaranır. Sözügedən hökumətlərdə kimlik böhranı o vaxt büruz edir ki, hökumət ölkənin mühüm elementləri daha çox submilli qruplaşmalara sadiq olduğundan tamamilə səmərəli milli vahid kimi rol oynaya bilməsin. Bu növ kimlik böhranı millət-dövlətin xüsusi işi güclü milli hissinin dəstəyi olmadığından qənaətbəxş şəkildə aparıla bilmədiyi zaman meydana gəlir. (Pay və başqaları, 2001: 176) Gürcüstan belə kimlik böhranının bariz nümunəsidir. Ölkədəki etnik ayrılıqlar, bir neçə etnik bölgənin mərkəzi suverenlik dairəsindən çıxması, xarici bir gücün (Rusiya) bu ölkənin ərazisində nəzərə çarpan hüzuru (eyni halda gürcülərin buna ciddi narazılığı), lazımi qurum yaratmalarda əsas zəiflik, xüsusilə nizam-intizam qüvvələri və ordu sahələrində zəifliklər Gürcüstanda milli kimlik böhranının ciddi formalaşmasına və davamlı olmasına gətirib çıxarmışdır. (Zərgər, 2009: 59)

Gürcüstanda bir sıra etnik qruplar özlərini Gürcüstan xalqına aid bilmək əvəzinə, özləri üçün müstəqil millət tərif etmişdir, Gürcüstanı özlərinə vətən bilmək və ona sadiq qalmaq əvəzinə, öz etnik ərazilərini vətən olaraq qəbul edib, dəyər verirlər.

Beləliklə, bu ölkədə bir sıra etnik qruplar üçün gürcüstanlı vətəni anlamı elə də məna daşımır. Gürcüstan adlanan vahid milli vətənə mənsub olmağın psixoloji hissinin bu zəifliyi səbəbi ilə özləri üçün ayrı bir vətən anlayışı (müstəqil Abxaziya Respublikası və Cənubi Osetiya kimi) ortaya qoymalarına, Gürcüstandan ayrılıq yolunu tutmalarına, Gürcüstan adlı vətənə hislər yaşamaq əvəzinə, xarici vətənlərə sevgi bəsləmələrinə səbəb olmuşdur. Nümunə olaraq qeyd etmək olar ki, Gürcüstan erməniləri Ermənistana, yaxud Gürcüstan azəriləri Azərbaycana sadiqlik hissi göstərirlər. Beləliklə, bu ölkədə milli kimlik ciddi şəkildə zəifləyib. (Zərgər, 2009: 60)

Gürcüstan milliləşmə mərhələlərini yaşamaqda olan bir ölkə kimi hazırkı vəziyyətdə iki münaqişə qaynağının təsiri altındadır. Bir tərəfdən etnik fərqlilik və daxili kimliyin uyğunsuzluğu, digər tərəfdən Rusiya ilə gərginliyin davam etməsi bu ölkənin həm daxili, həm də xarici ölçülərdə iki əsas problemidir. Ayrı-ayrı meyllərə malik olan etnik plüralizm, torpaqların doyma məsələsində dərin bir uçurum, sosial birliyə və ölkədə tam suverenliyin həyata keçirilməməsinə səbəb olub. Belə ki, Rusiya ilə münasibətlərdə davam edən gərginlik, Gürcüstanın bəzi daxili işlərinə müdaxiləyə və iqtisadi inkişaf etməməsinə əsaslar yaratmışdır. Bu iki problem ölkədə millət-dövlət quruculuğu prosesinə ciddi təsir göstərmişdir. Nəhayət, vurğulanan problemləri həll etmək üçün Gürcüstan yalnız qərblə münasibətlərini inkişaf etdirməyə səy edib, özünün kimlik göstəricilərinə təkid etmək, onu gücləndirmək əvəzinə Avropa Birliyi və NATO kimi beynəlxalq təşkilatlara üzvlüyə, Qara dəniz bölgəsində transregional güclərin hüzuruna təkid edir.

Ümumiyyətlə, Gürcüstan müstəqillik qazandıqdan sonra çoxsaylı daxili qarşıdurmalara və böhranlara qarışıb, bu ölkədə millət-dövlət quruculuğu prosesi böyük maneələrlə və problemlərlə üzləşib. Gürcüstanın milliləşməkdə olan dövləti yeni həyatında hər zaman milli həmrəylik və birlik, milli kimlik və siyasi legitimlik kimi ciddi böhranlarla qarşılaşıb. Həmin problemlər Gürcüstanı zəif bir dövlət kimi formalaşdırmışdır. (Kuzəgər Kalici, 2017: 122)

Nəticə

Cənubi Qafqaz ölkələrinin 1989-cu ildə SSRİ-dən ayrılması bu respublikalara muxtariyyət versə də, bölgənin tarixi pərakəndəliyi və kimlik boşluqları kül altında qalmış köz kimi özünü göstərməyə başladı. Cənubi Qafqazın tarix düzəni belədir ki, bu ölkələri bir-biri ilə fərqlilik və ziddiyyət əsasında tərif etmiş, çatların formalaşmasına şərait yaratmışdır. Belə ki, bugün sözügedən ölkələrə kimlik bəxş edən amil kimi dəyərləndirilir. Azərbaycan və Ermənistan arasında Qarabağ üzərində uzunmüddətli münaqişə təkcə ərazi üzərində olan bir münaqişə deyil, eyni zamanda “olmaq” və “özünü tərif etmək” üzərindədir. Kimlik mövzusu bir ərazini ölkə kimi formalaşdırmağa lazım olan digər komponentlərdən daha vacibdir. Qarabağ məsələsi qarşıdurma tərəflərinin hər birinin baxışında müəyyən şəkildə izah olunur və transregional oyunçuların dəstəyi də bu iki qarşıdurma tərəflərinin strateji maraqları əsasında həyata keçir. Bu üzdən Qarabağ konfliktinə kimlik baxışı, mövzunu sırf hərbi sahədən çıxarmış, kimlik və idrak sahəsinə daxil etmişdir. Azərbaycanın türk olması və 1915-ci il soyqırımı iddiasına görə, Türkiyənin Ermənistanla münaqişəsinin mövcudluğu səbəbindən Türkiyənin Azərbaycana dəstək verməsi, habelə Rusiyanın Azərbaycanın Amerika və qərb hədəfləri yolunda müstəqil xarici siyasət yürütməsini bəhanə edərək Ermənistana dəstək verməsi Qarabağ böhranını mürəkkəbləşdirmiş, Cənubi Qafqazın dağınıq kimliklərini daha da pərakəndə etmişdir. Halbuki, Cənubi Qafqaz bölgəsi beynəlxalq düzənin tarixində təsirli iştirak etmək üçün vahid kimliyə nail olmalıdır. Bu vacib məsələ, mövcud mübahisələr prosesinin dayandırılması, Azərbaycan, Ermənistan və Gürcüstan ölkələrinin getdikcə yaxınlaşması ilə həyata keçə bilər.

Mənbə: Hövzə

Qaynaqlar

  1. Otadi, Marina (2007), “Gozər be demokrasi ya şibhi eqtidargərayi”, tərcome: Səid Mirturabi, Nəşri Qoms, Tehran

  2. Buzan, Bari (2008), “Mərdom, dovlətha və həras”, Moctəba Əttarzade (verayeş), Tehran: Pejoheşkədeyi motaliati rahbordi

  3. Pay, Lisun W və başqaları (2001), “Bohranha və təvali dər tosieyi siyasi”, tərcomeyi Ğolamreza Xace Sərvi, Tehran: Entesarati Pejoheşkədeyi motaleati rahbordi

  4. Zərgər, Əfşin (2009), “Rəvəndi dolət-mellətsazi dər Cumhuriyi Azərbaycan”, fəslnameyi siyasəti xarici, Sal 12, şomare 4

  5. Zərgər Əfşin (2009), “Gorcestan və rəvəndi dolət-mellətsazi”, fəslnameyi Asiya Mərkəzi və Qəfqaz, şomare 65

  6. Zərgər Əfşin (2008), “Gorcestan və rəvəndi dolət-mellətsazi”, fəslnameyi Asiya Mərkəzi və Qəfqaz, şomare 65

  7. Səccadpur, Seyyid Məhəmmədkazem (1994), “Hoveyyəti ərməni və məsəleyi sərzəmin; neqahi be bərxi əz əbadi motaleati ərməni”, fəslnameyi motaleati Asiya Mərkəzi və Qəfqaz, şomare 6

  8. Səriulqələm, Mohəmməd (2000), “Siyasəti xarici Cumhuriyi İslamiyi İran: bazbini nəzəri və paradiyumi eetilaf”, Tehran: Mərkəzi təhqeqati isteratijik

  9. Şeyx Əttar, Əlireza (1994), “Rişehayi rəftari siyasi dər Asiya Mərkəzi və Qəfqaz”, çapi dovvom, Tehran: Dəftəri motaleati siyasi və siyasi və beynəlmeləli

  10. Mortazaviyan, Seyid Əli; Əbdulxani, Lena; Hette, Mostafa (2013), “Qoftemani hoveyyəti əz mənzəri sazeənqari dər goftequhayi həsteyi İran və nezami beynəlmeləl”, fəslnameyi elmiyi motaleate rəvabiti beynəlmeləl, 6, 21.pp, 109-138

  11. Ğəribof, Azad (2017), “İran və cumhurihayi Qəfqaz”, Vəli Kuzəgər, (verayeş): “Seyasəti xariciyi Cumhuriyi Azərbaycan: Çaleşhayi icadi movazene miyani ğərb və Rusiye”, Ayras, Tehran

  12. Kuzəgər Kalici, Vəli, (2017), “Məcmueyi əmniyyətiyi Qəfqazi Cənubi”, Pejoheşkədeyi motaleati rahbordi, Tehran

  13. Vahidi, İlyas, (2004), “Bəravordi estratejiki Azərbaycan”, c. 1, Enteşarati moəssiseyi əbrari moaseri Tehran, Tehran

  14. Herzig, Edmund (1996), “Ərməniha”, Graham Smith (verayeş), “Melleyyəti şurəvi”, çapi əvvəl, Tehran: Enteşarati elmi və fərhəngi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button