AktualAktualArxivIslammədəniyyatQarabağSONXƏBƏRLƏRSosialtahlil va magaleXəbər lentiXəbərlər

Qarabağ   atəşkəs bəyanatının harasında “dəhliz” qeyd olunub?

Qarabağ atəşkəs bəy anatının maddələrinin tədqiqi və müqayisəsi Bakının regionda və sərhədlərdə geosiyasi dəyişikliklər məqsədilə dəhliz yaratmaq istəyini həyata keçirmək üçün təhrif cərəyanını açıq şəkildə göstərir.

Qafqaz Həqiqətləri xəbər verir ki, ötən il Qarabağa görə Ermənistan və Azərbaycan arasında regionda 44 günlük qanlı müharibəyə son qoyan maddəlik Qarabağ atəşkəs bəyanatı aydın nəticələrə malikdir. Hansı ki, iki ölkə (Azərbaycan və Ermənistan) bu bəyanatı Rusiyanın iştirakı ilə 2020-ci ilin noyabrında qəbul etmişdir. Bu razılaşma vasitəsilə Azərbaycan tərəfi işğal edilmiş ərazilərinin böyük hissəsini Ermənistandan geri ala bildi.

26 ildən sonra Azərbaycan Respublikası üçün qısa müddətdə yuxunun yozumu kimi olan və iki keçmiş sovet respublikası arasında davamlı sülhə və regionun digər ölkələri üçün təhlükəsizlik və sabitliyə gətirib çıxara bilən bu nailiyyətə baxmayaraq, Azərbaycan tərəfinin bu müqavilənin maddələrin ə mənfəətpərəst şərhləri gərginlik yaradıb və təhrikedici iddiaları vəziyyəti kül altında qalan közə çevirib.

Bu istiqamətdə Bakı Ankaranın dəstəyi ilə Ermənistanın Sünik əyaləti ərazisi vasitəsilə Naxçıvan və Azərbaycan Respublikası arasında dəhliz yaratmağa israr edir. Hansı ki, bunu 9 noyabr 2020-ci il tarixli bəyanatın 9-cu maddəsinə uyğun hesab edir. Halbuki, bu maddə də zaman və məkan göstərilmədən yalnız Azərbaycan Respublikası ilə Naxçıvan arasında nəqliyyat xətləri vurğulanır.

İddialarını son aylarda davam etdirən Türkiyə və Azərbaycan prezidentləri Ərdoğanın Dağlıq Qarabağda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə ikinci səfəri zamanı “Qərbi Zəngəzur” ifadəsindən istifadə edərək dəhlizlə bağlı iddiaları təkrarladılar.

İlham Əliyev noyabrın 26-da Dağlıq Qarabağın Ağəli kəndində Rəcəb Tayyib Ərdoğanla birgə görüşdə dedi: “Bu gün burada, Zəngilanda olarkən təbii ki, biz Zəngəzur dəhlizi haqqında danışmasaq düzgün olmaz. Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir.

Ərdoğan da çıxışında bu coğrafi ərazidən keçən avtomobil və dəmir yolu xətləri nin təkcə Azərbaycan Respublikası və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacağını iddia edərək deyib: “Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik.”

O, daha sonra iddia edib ki, bu inkişafdan İran, Gürcüstan, Ermənistan da daxil olmaqla Azərbaycanın bütün qonşuları istifadə edəcəklər !

Dünən (şənbə) Azərbaycan Respulikası prezidentinin köməkçisi Hikmət Hacıyev bəyan edib ki, Bakı iddialı Zəngəzur dəhlizinin yaradılması üzərində işləyir.

Qarabağ atəşkəs bəyanatının 6 və 9-cu maddə lərinin müddəalarının müqayisəsi

Bəyanatın istinad edilən 9-cu maddəsi ndə zaman və məkan göstərilmədən Ermənistan qəbul edir ki, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin etsin. Amma bu maddənin heç bir yerində “yol”, “koridor” və xüsusi “dəhliz” adı çəkilməyib, belə bir yol, koridor və dəhliz üçün heç bir marşrut müəyyən edilməyib. Baş verən budur ki, Bakı propaqanda yolu ilə müqavilənin oxunuşunu, izahını , daha yaxşı desək, 9-cu maddəsinin tələbini dəyişdirməyə cəhd edir .

Həmin maddədə bildir ilir:  Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.

Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir. 

Digər tərəfdən, həmin sazişin 6-cı maddəsində dəqiq vaxt göstərilməklə, Dağlıq Qarabağla Ermənistan arasında əlaqə yaratmaq üçün “Laçın dəhlizi” ilə yeni marşrutun çəkilişi planından söhbət gedir. Atəşkəs razılaşmasında “dəhliz” ifadəsi məhz burada işlədilir, halbuki, 9-cu maddədə bu ifadədən əsər-əlamət yoxdur. 3-cü maddədə də Laçın dəhlizindən söz açılır, lakin Bakı iddia etdiyi dəhlizindən bəhs edilmir.

6-cı maddədə deyilir: “Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.”

Laçın dəhlizi Ermənistanla Dağlıq Qarabağ anklavını birləşdirən dağ yoludur. Bu dəhliz Azərbaycan Respublikasının Laçın şəhərinin bir hissəsidir, lakin Qarabağ atəşkəs bəyanatına əsasən Rusiya sülhməramlılarının nəzarəti altındadır.

Bakı və Ankaranın iddialarına Rusiyanın reaksiyası

Rusiya Dağlıq Qarabağ atəşkəs bəyanatında vasitəçi və onu imzalayan tərəflərdən biri kimi Bakı və Ankara nın iddialarına, habelə sərhəddə gərginli k yaratmalarına, iddia edilən Zəngəzur dəhlizinin yaradılmasına yol açmaq üçün propaqandaya əl atmalarına reaksiya olaraq, bəyanatın müddəalarına riayət olunmasına təkid edib.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Əliyev və Ərdoğanın bu mövzu ilə bağlı təxribat xarakterli açıqlamalarından sonra dedi: “Biz Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair üçtərəfli sazişlərin həyata keçirilməsinə töhfə verən bəyanatlara və addımlara əməl etməyi düzgün sayırıq.”

Habelə, Rusiya baş nazirinin müavini Aleksandr O ve rçuk 5 noyabrda İrəvanda Ermənistanın baş naziri ilə görüşündə Rusiya, Ermənistan və Azərbaycan Respub likası xarici işlər nazirləri müavinlərinin görüşlərinə və digər müzakirələrə toxunaraq deyib: “Biz 9-10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyannamələr kontekstində sizin digər ölkələrin liderləri ilə birlikdə bizə verdiyiniz missiya üzərində həqiqətən işləyirik. Bu məlumatlara əsaslanaraq, oktyabrın 22-də keçirilən Birgə İşçi Qrupunun səkkizinci iclasından sonra konkret real həllər əldə edəcəyimizi düşünürük. Onlar yolların keçdikləri ölkələrin yurisdiksiyasında olacağına əsaslanır. 

Bu görüşdə Nikol Paşinyan da deyib: “Ermənistan 9 noyabr (2020-ci il) və 11 yanvar (2021-ci il) tarixli bəyannamələrə sadiqdir və bu bəyanatlarda regionda bütün nəqliyyat və iqtisadi əlaqələrin blokadasının götürülməsi nəzərdə tutulur. Amma vurğulamaq istəyirəm ki, Azərbaycanın dəhlizlərlə bağlı açıqlamaları bizim işimizin səmərəliliyinə, mövcud atmosferə mənfi təsir göstərir. Xüsusilə nəzərə alsaq ki, bizim üçtərəfli bəyanatlarımızda (Ermənistan, Rusiya və Azərbaycan Respublikasının dövlət başçıları) dəhlizlərlə bağlı heç bir şərh yoxdur.”

O, Ermənistanın regionun nəqliyyat və iqtisadi infrastrukturunun açılmasında və blokdan çıxarılmasında maraqlı olduğunu vurğulayaraq deyib: “Mən dəfələrlə açıq şəkildə bildirmişəm ki, mahiyyəti aşağıdakı kimi olmalı olan nəticə verən həll yollarına getməyə hazırıq: Ermənistan avtomobil və dəmir yolu əlaqəsini Azərbaycan ərazisi vasitəsilə almalıdır; Azərbaycan Respublikası Ermənistan ərazisindən keçən dəmir yolu və avtomobil marşrutlarını, o cümlədən Azərbaycan Respublikasını Naxçıvan Muxtar Respublikasına birləşdirən yolu almalıdır.”

Ekspert nəzəri

Ermənistan Baş Naziri Aparatının İctimai Əlaqələr və İnformasiya Mərkəzinə bağlı “Orbeli” Tədqiqat və Analitik Mərkəzinin keçirdiyi vebinarda, beynəlxalq hüquq üzrə ekspert və Avrasiya məsələləri üzrə tədqiqatçı doktor Əhməd Kazimi İranın mövqeini açıqlayaraq bildirib: “İran hesab edir ki, Qafqazda davamlı inkişaf və sülhə nail olmaq üçün nəqliyyat yolları tarixi uydurma və saxtakarlıqlara ləkələnmiş siyasi, etnik və ya ərazi tamahkarlığından azad olmalı və ya yenidən açılmalıdır. 

Əhməd Kazimi əlavə edib: “Burada qeyd etməliyəm ki, nəqliyyat xətləri dəhlizlərdən fərqlidir. Nəqliyyat xətləri yalnız qəbul edən ölkənin suverenliyi çərçivəsində sərnişin və yüklərin tranziti rolunu oynayır. Halbuki, dəhliz, çoxlu tranzit roluna, enerji transferinə və torpaq tamahkarlığına əsaslanan siyasi, təhlükəsizlik və tarixi funksiyalara malikdir. Nasist Almaniyasının İkinci Dünya Müharibəsindən əvvəl Polşadan götürdüyü “Dansiq” dəhlizi kimi. Ona görə də dəhliz hakimiyyət və hüquq baxımından nəqliyyat xətləri ilə müqayisə oluna bilməz və onların eyni olduğunu demək, bir növ demaqogiyadır.

Ekspert bundan əvvəl Zəngəzur dəhlizi layihəsini sionist rejimin məqsədlərinə uyğun adlandırmışdı.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button