AktualAktualArxivŞəxsiyyətlərSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Qalibaf yenidən İran Parlamentinin sədri seçildi

Məhəmməd Baqir Qalibaf yenidən, 3-cü dəfə İran Parlamentinin (İslami Məclisinin) sədri seçilib.

Məlumata görə, 25 mayda keçirilən seçkilərdə əsas namizəd olan Qalibaf, Mürtəza Tehrani və Firudin Abbasidən çox səs toplayıb.

Səsvermədə 281 nəfər səs verib ki, 194 nəfər Qalibafın lehinə olub.

*Məhəmməd Baqir Qalibaf 1961-ci il sentyabrın 23-də Xorasanın Torqabe şəhərciyində anadan olub. Atası Hacı Hüseyn Qalibaf əslən semnanlı, həm də bölgəsinin tanınmış taciridir. Anası Xeyrünnisa Bojmehraninin şəcərəcəsi Təbriz əhlindəndir və Ali lider Seyyid Əli Xameneinin əqrabası sayılır. Ailənin 3 oğul və 2 qızından biri – Məhəmməd Baqirin qardaşı Həsən Qalibaf Torqəbeyi İraq-İran savaşında həlak olub. 21 yaşında evlənmiş siyasətçi xanımı Zəhra Sadat Moşri ilə həmşəhərlidir. Onların kəbinini Ayətullah Xomeyni kəsib. Ailənin 2 oğlu (İshaq və İlyas), bir qızı (Məryəm) var. Artıq nəvə sahibidirlər. Məhəmməd Baqir Qalibaf 1977-ci ildən, yəni 16 yaşından məscidlərdə keçirilən siyasi aksiyalarda iştirak edib. “Tərbiyət Modaress” Universitetini siyasi coğrafiya ixtisası üzrə elmi dərəcə ilə bitirdikdən sonra Məhəmməd Baqir Qalibaf Fransada, “Airbus”-ın aviaməktəbində təhsil alıb, yəni peşəkar təyyarəçi-pilotdur. 8 illik müharibə dövründə, 1980-ci ildə İnqilab Keşikçilərinə (İİKK – “Sepah”) qoşulub və kəşfiyyat əməliyyatlarına cavabdeh şəxs olaraq cəbhə xəttinə göndərilib. Tədricən elit orduda mövqeyi yüksəlib, əvvəlcə “İmam Rza briqadası”nın komandanlığına gətirilib, 1982-ci ildə, cəmi 21 yaşında ikən “Nəsr Xorasan” bölməsinin komandiri olub. 33 yaşında “Xatamül-Ənbiya”nın inşaat bölməsinə rəhbərlik edərkən, yaradıcı fəaliyyəti ilə diqqəti cəlb edib. 1997-ci ildə Ayətullah Xameneinin əmri ilə İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinə komandan təyin olunub. Polkovnik rütbəli Qalibaf 1999-cu ildə ölkənin polis qüvvələrinə rəhbərlik edib. Tehran meri seçilməsi 2005-ci ilə təsadüf edir. Elə o dövrdə ilk dəfə prezidentlik iddiasını ortaya qoyub. 2009 və 2013-cü ildə də eyni addımı atıb. Son prezidentlik iddiaçılığında yenə Həsən Ruhaniyə rəqib olub və 6 milyon səs alıb. 2008-ci ildə ABŞ-la dialoqa çağırış etməsi ilə də yadda qalıb. Bir neçə kitabın müəllifi və tərcüməçisidir ki, onlardan ən mühümü “Yerli idarəetmə və ya İranda siyasi hakimiyyətin məkan bölgüsü strategiyası”dır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button