AktualAktualArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialTarixXəbər lentiXəbərlər

Qafqazın Əbuzəri-17 Rəbiüləvvəl tezisinin carçısı

Qafqazın Əbuzəri indi aramızda olsaydı, Qarabağ və bütün Azərbaycanın indiki vəziyyəti, bu ölkə xalqının naməlum vəziyyətdə saxlanılmasına, məlum olmayan gələcəyi, 10 noyabr 2020-ci il müqaviləsindən sonra 5 il sonrakı gümanlara tapşırılmasına dözməzdi, “Azərbaycan xalqı hansı günahına görə cəzalandırılır?” deyə, fəryad edərdi.

Qafqaz Həqiqətləri xəbər verir ki, bu il Qafqazın Əbuzəri Hacı Əlikram Əlizadə Nardaraninin vəfatının on illiyi olacaq. Hüzn və kədərlə ötəcək bu ildönüm Qafqazda mühüm hadisələrin baş verməsi, 2020-ci ilin yay və payızından qabaqkı dövrlə müqayisədə daha mürəkkəb və təhlükəli vəziyyət yaşanması ilə eyni zamana təsadüf edir.

Qafqazın Əbuzəri bizim aramızda olsaydı, sözsüz ki, bu təhlükələri, vəziyyəti və Azərbaycanın müsəlman xalqının problemlərini əbuzərsayağı iti dili və cihadvari sözü ilə açıqlayardı.

Şübhəsiz, Qafqazın Əbuzəri fitnəyə aludə olmuş hazırkı durumda heç bir güc qarşısında sükuta yol verməzdi. İstər bu güc sahibi xalqın qəhrəmanı cildinə girsin, istərsə də hiylə, məkr, şer oxumaq yolu ilə özünü 44 günlük Qarabağ müharibəsinin əsas qəhrəmanı kimi göstərsin, istərsə də özünü Azərbaycan ordusunun silah-sursatının təminatçısı bilən və indi onun əvəzində Bakıdan Qüdsü işğal etmiş rejimdə səfirlik açmaq kimi ağır baha tələb edən sionistlər olsun.

Qafqazın Əbuzəri üçün fərqi olmazdı ki, Qarabağın yeni hakimləri özlərini sülhməramlı adlandırırlar, ya işğalçı qüvvə və pantürkizm dəhlizlərini planlaşdıranlar da öz hiyləgər planlarını tranzit, dəmir yol xətti, magistral yol, yeni qaz xətti marşrutlarının yaradılması üçün əməkdaşlıq adı ilə irəli sürürlər.

Qafqazın Əbuzəri üçün əhəmiyyət daşıyan haqq-ədalətin bərqərar olması, İslamın ucalığı, Azərbaycan xalqına qarşı zülm, işğal və təcavüzün aradan qaldırılması, bütün islam xalqlarının insani və islami haqlarının təmin edilməsi idi. Bu, “Qarabağ 17 Rəbiüləvvəl” anlayışında ən yüksək dərəcədə təcəlli etmiş həmin prinsipdir: “Azərbaycanın bütün torpaqları azad olunmalıdır”, “orada yaşayan ermənilərin təhlükəsizliyi qorunmalıdır”, “tərəflər ölkələrin beynəlxalq sərhədlərinə təcavüz etməməlidir”, “terrorçular İranın sərhədinə yaxınlaşsalar, ciddi cavab veriləcək”.

Qafqazın Əbuzəri indi aramızda olsaydı, Qarabağ və bütün Azərbaycanın indiki vəziyyəti, bu ölkə xalqının naməlum vəziyyətdə saxlanılmasına, məlum olmayan gələcəyi, 10 noyabr 2020-ci il müqaviləsindən sonra 5 il sonrakı gümanlara tapşırılmasına dözməzdi, “Azərbaycan xalqı hansı günahına görə cəzalandırılır” deyə, fəryad edərdi.

Azərbaycan hökumətindən böyük miqdarda pul, neft, abır və izzət sərmayəsini alaraq, qarşılığında bu ölkəyə silah verən – hansı ki, Qarabağ müharibəsində bu silahlar elə də işə yaramadı, döyüş və irəliləyişlər Azərbaycanın hüseynçi əsgər və könüllülərinin hesabına əldə olundu və torpaqlar geri alındı, lakin sionistlər bu nailiyyətləri sionist rejiminin hərbi sənayesinin adına yazdılar – indi hansı haqla bu ölkənin boynuna minmiş və düşmək də istəmirlər?

Qafqazın Əbuzəri bizim aramızda olsaydı, bu sualı daim təkrar edərdi ki, nə üçün “Qarabağ 17 Rəbiüləvvəl” prinsiplərinin icrası və bu tezisin gerçəkləşməsində səhlənkarlıq edilir?

“Qarabağ 17 Rəbiüləvvəl” tezisi tamamilə həyata keçdiyi surətdə Qarabağ münaqişəsi köklü şəkildə həll olmurmu?

Azərbaycanın hüseynçi cavanlarınn sürətli hərəkətinin davam etməsi ilə Qarabağ düyününü açmağın mümkün olduğu bir vəziyyətdə nə üçün bəhanə gətirməklə, xalqa boş ümidlər verməklə, məqsədyönlü şəkildə sionist rejiminin, pantürkçülərin, xəbis Rusiya, Amerika və İngiltərənin sui-istifadələrinin onillər boyu davam etməsinə yol açırsınız?

İşğal edilmiş ərazilərin geri alınmasında irəli atılan hüseynçi cavanlar hansı cinayətə mürtəkib olmuşdular ki, müharibə bitər-bitməz müxtəlif bəhanələrlə onlara qarşı təzyiqlər, cəzalandırmalar başladı və qızları məktəbə hicabla getmək haqqından məhrum qaldı?

Qafqazda Xomeyniçilər hərəkatının banisi olan Qafqaz Əbuzəri öz cəsarətli müsahibələri və çıxışlarında vurğulayırdı ki, Xomeyni və Xamenei məktəbinin yetirmələri olan hüseynçilər Azərbaycanda pantürkçü və avrovizion cərəyanının yetirmələrindən fərqli olaraq müharibədən qorxmadılar, əksinə, müharibə meydanının ortasına atıldılar ki, Qarabağı və onun ətrafında işğal edilmiş torpaqlarını işğaldan azad etməklə yanaşı, bütün ölkəni sionistlərin və pantürkçülərdən xilas etsinlər. İndi nə olmuşdur ki, sionistlər və pantürkçülər Azərbaycan Respublikasında tüğyanın yeni dalğasını başlamışdır?

Heç şübhə yoxdur ki, Qafqazın Əbuzəri sionistlərin və pantürkçülərin bu tüğyandan, Qarabağın işğalının davam etməsindən və Azərbaycanın yaxasından yapışmış digər təhlükələrdən qurtuluş yolunu “Qarabağ 17 Rəbiüləvvəl” bəyanatından tez bir şəkildə faydalanmaqda, bu anlamın meyvələrini dərməkdə görərdi və yalnız cihadi kəlamı ilə kifayətlənməzdi.

Çünki o, elə bir şəxsiyyət idi ki, hətta özünün cansız bədənini də 17 mart 2011-ci ildə ölümündən sonra Azərbaycanda İslamın ucalığına vəqf etmişdi və dəfnində tələsməməyi, cansız bədənindən İslamın amal və hədəfləri üçün car çəkməyə istifadə etməyi vəsiyyət etmişdi.

Yazar: Bürhan Hişməti

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button