ArxivIslamSONXƏBƏRLƏRtahlil va magaleXəbər lentiXəbərlər

Qafqaz fitnəsinin cavabı, işğal edilmiş Fələstində verilməlidir

Mehdi Nalbəndi: Araz çayının şimalındakı finəkarlıqlarda, siyasi bir məqsəd güdülür. O da, sionist rejim olan İsrailin sərhədləri və Qolan təpələrində müqavimət cəbhəsini zəiflətmək üçün İran İslam Respublikasının başını qatmaqdır. Buna görə də, biz onların cavabını işğal edilmiş torpaqların sərhədində verməliyik.
Qafqaz.ir xəbər verir ki,Təbriz şəhərində, İmam Sadiq (ə) universitetinin Şəhid Mehdi Bakiri təşkilatı ofisinin təşəbbüsü ilə “Qafqaz regionundakı son dəyişiklərin araşdırılması” mövzusunda tələbə, ekspert və təhlilçilərin iştirakı ilə ixtisaslı iclas keçirilib.

Bu ixtisaslı iclasda Qafqaz məsələləri üzrə ekspert Mehdi Nalbəndi son proseslər və ötən illərdəki dəyişiklərin təhlilinə başladı və dedi:

“Azərbaycan Respublikası barədə yol planı hazırlamadığımıza baxmayaraq, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı strateji maraqları asanlıqla kənara qoyulacaq məsələ deyil. Bizim əksimizə olaraq, Türkiyə kimi bizim rəqiblərimiz Bakıda istedadları cəlb etmə addımları atmış, bu ölkədə tədris mərkəzləri, liseylər açmış və burada mütəfəkkir yetişdirmişlər.
Mən İran İslam Respublikasının Azərbaycandakı fəaliyyətini tam tənqid edən şəxslərin əksinə olaraq, təvəqqesiz bildirirəm ki, yaxşı işlər görülüb. Əgər “Camiə əl-Mustəfa (s)” kimi təşkilatlar olmasaydı, biz Ağdamda vəhdət namazının şahidi olmazdıq. Əgər “Camiə əl-Mustəfa (s)” olmasaydı, İranda şiə mədəniyyətinin tərbiyəsini almış və Qarabağın azadlığı yolunda şəhid olmuş Şəhid Maarif Səfərov da olmazdı.

Mən belə hesab edirəm ki, bizim Azərbaycan Respublikasında çoxlu potensialımız var ki, bunların bir hissəsi fəaliyyətlər və bir hissəsi də şiə mədəniyyətinin özəyi və İslam İnqilabı sayəsində əldə edilmişdir. Bu gün biz başımızı dik tutmalı və fəryad etməliyik ki, Qarabağı İmam Hüseyn (ə) mədəniyyəti azad etdi. Bəziləri nədən qorxublar? Bir neçə partlayış səsindən?! Əgər Bakıda bəzi sözləri danışan şəxslər ayaqlarını yorğanlarından çox uzatsalar, Qarabağı azad edən bu “Ya Hüseyn (ə)” şüarları onların da sonunu çatdıracaq. Bizim bu məsələdə şübhəmiz yoxdur.
İran İslam Respublikası İŞİD kimi təhlükədən sovuşdu. Belə ki, onlar Qərb dünyası tərəfdən yetişdirilmiş və bizimlə mübarizəyə göndərilmişdi. Onlar bizim sərhədlərin 40 km-liyinə, İmam Xomeyninin (rə) hərəminə, İslam Şurası Məclisinə qədər gəldilər, amma sonunda məhv oldular. Bu son proseslər onun qarşısında heç nədir.
Bizim Azərbaycan Respublikası cəmiyyətilə danışa bilməməyimizin dəlillərindən biri də budur ki, bizim bu camaatla danışıq və qələm dilimiz dövlət yönümlüdür və Azərbaycan Respublikası deyilən kimi, İlham Əliyev və Elçibəyin adı gözlərimiz önündə canlanır! Görəsən Azərbaycan Respublikası İlham Əliyev deməkdir?! Kim Azərbaycana belə baxırsa, siyasət və beynəlxalq əlaqələrdən heç nə bilmir. Bizim rəqiblərimizin İran İslam Respublikasına baxışları yalnız dövlət yönümlüdür?! Dövlətlər ehtiyaclarına uyğun olaraq başqa ölkələr və qonşularla əlaqələrini qururlar. Amma, xalqlar arası danışıqlarda, prioritetlər nəzərə alınmalıdır.

Xalqlar bir-birlərilə danışmaq istədikdə, dövlətlərdən icazə almırlar. Nəticədə, dövlətlərin siyasətlərini tənqid edən şəxslər bu sahədə bir addım atmaqda niyə öncül olmadılar? Bir məddahı hansısa dini heyət İrana dəvət edirsə, yaxud bir dəstə hansısa musiqiçini bir mərasimə dəvət edirsə, həqiqətdə xalqların dialoqu başlayır.
Demək istədiyim budur ki, halkimiyyətin düzgün ya səhv bir rəftarı hər bir şeyə yönəldilməməlidir. Çünki bu strateji səhvdir. Biz Qarabağ müharibəsi barədə dediyimiz sözün üstündəyik. Mən belə hesab edirəm ki, Azərbaycanın gələcəyi şiəliyin yayılması, nüfüzünün artması və məqsədlərinin həyata keçməsilə bağlı olacaqdır. Bu nüfuz Suriya və Yəməndəki müqavimət cəbhəsi ilə birləşəcəkdir.

Biz deyirik ki, İslam İnqilabı cəbhəsinin dilinin topuq vurmasına səbəb olan “Araz çayının şimalındakı torpaqların İranın tarixi torpaqlarına qaytarılması” kimi bəzi səhv söhbətlər edilməməlidir. İran İslam Respublikası Azrəbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Ondan sonra da əlaqələrimiz bu əsasla tənzimlənmişdir. Bu da İmam Xomeyninin (rə) qızıl cümləsidir ki, buyurub: “Biz dünyanın mənəvi qüllələrini fəth etməyin ardıncayıq və ona da nail olacayıq.” Buna da nail olmuşuq; bizim nə qonşuların torpağında gözümüz var, nə də öz torpağımızın işğal edilməsinə icaə verərik.

Ali məqamlı rəhbər buyurmuşdur: “Əgər kimsə öz qardaşlarına quyu qazsa, əvvəl özü quyuya düşər.” Bu o deməkdir ki, biz hələ də bu qonşularla qardaşıq və o şapalaq da o şəxs üçündür ki, bir qələt etmək istəyir. Bu qardaşlıq o vaxta qədərdir ki, onların yolu regiona yadları (düşmənləri) gətirmək yolu olmasın.
Biz 1-ci dünya müharibəsi illərində daxili problemlər, mərkəzi hökumətin zəifliyi, osmanlıların, rusların və Avropa ölkələrinin geniş nüfuzu, habelə keçmiş SSRİ-nin dağılmasından sonra və İran-İraq müharibəsi təzəcə başa çatdığı günlərdə, Qafqaz proseslərindən kənarda qalmışdıq. Bu gün bu sual uca səslə soruşulmalıdır: Ötən 30 ildə (o dövr də əlavə olunmaqla) Qafqaz proseslərindən kənarda qalmağımızın səbəbi nə olmuşdur? Əlbəttə, hazırda da bizim Qafqaz proseslərindən kənarda qalmağımıza səy göstərilir!
44 günlük Qarabağ müharibəsində də, biz bu proseslərdən kənarda idik. Sual budur ki, İran İslam Respublikasının iştirakı üçün bir yol var idimi? Emosiyalarla danışmamalıyıq! Azərbaycan dövləti İran İslam Respublikasından bu prosesdə iştirakı ya bir vəzifəsi olmasını istədimi? Xeyr. Belə bir istək və ya icazə mövcud deyildi; çünki onlar Qarabağın İslam torpağı olmasını istəmirdilər.

Arazın şimalındakı bu meydan oxuma və fitnəkarlıq, ola bilər ki, Çin, Hindistan və s. ölkələrin şimal-cənub koridorunun icrası kimi iqtisadi amillərlə bağlı olsun. Bu barədə çox eşitmişik. Amma, bir siyasi hədəf də güdülür. O da budur ki, İran İslam Respublikası sərhədlərdə məşğul edilsin, xüsusilə də öz sərhədləri daxilində. Elə ki Azərbaycandakı filankəs İran azərilərini bir imtiyaz və kart kimi xatırladırsa, onların bu barədəki proqramları aşkara çıxır. Tamamilə aydın məsələdir ki, bu plan cızmanın səbəbi İsrail sərhədləri və Qolan təpələrində müqavimət cəbhəsini zəiflətməkdir. Buna görə də, biz bu plana möhkəm cavabı əvvəlcə işğal edilmiş Fələstin torpaqlarında verməliyik. Düşmən bizi öz sərhədlərimizdə giriftar etmək istəyir, amma cavabını orada verməliyik.
Əgər biz region əhalisi arasında deməyə sözümüzün olmasını istəyiriksə, Azərbaycan Respublikasında, hətta Türkiyədəki ümumi rəy və müqavimət cəbhəsinin bizdən narahat olmasına icazə verməməliyik.

Türkiyə və onların Qafqazda niyə bu qədər nüfuz etməyə meyilli olması məsələsi barədə də deməliyəm ki, Davudoğludan sonra, bu ölkənin diqqəti Şərqə doğru olmuşdur. Qafqaz da Türkiyənin Orta Asiya vasitəsilə Çin və Şərqə qovuşmada mühüm qapılarından ən yaxşısıdır.

Gələcək günlərdə biz Azərbaycan Respublikasında Şah İsmail Səfəvi əleyhinə ciddi addımların şahidi olacayıq. Belə ki, bu Türksoy kimi təşkilatların istəyidir.
Regionun bəzi ölkələrinin dövlət adamlarının təsəvvürünün əksinə olaraq, əgər bizim şimal-qərb sərhədlərimizdə bir hadisə baş versə, bizim milli kimliyimiz və vəhdətimiz güclənəcəkdir. Biz buna müharibə və bir çox başqa hadisələrdə şahid olmuşuq”.

Nalbəndi öz sözlərinin sonunda, Ali məqamlı rəhbərin ifadəsi olan “qarşıdakı Xürrəmşəhrlərə hazırlığın lazımlığı”-na işarə etdi və dedi:

“Mən regiondakı proseslərin gələcəyini qarşıdurmalar və müharibənin olması və ya olmaması ilə aydın görürəm. Çünki onların ən az xeyri budur ki, bu fitnələrin içindən İslam İnqilabının mədəniyyət və nəzəriyyəsinin zülalı doğulacaqdır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button