ArxivFatimi yaşayişIslammədəniyyatQadin və hicabŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Qadınların müxtəlif təbəqələri İnqilab Rəhbərilə görüşüblər

O həzrət vurğulayıblar: İslamda qadınlar üçün hər cür ictimai fəaliyyət kişilər kimi açıqdır- ailə və cinsi cazibədarlıqlar təhlükəsi kimi iki mühüm həssaslığa riayət şərtilə.

Həzrət Ayətullahuluzma Xamenei bu görüşdə iki aləmin qadınının şəxsiyyətinin əzəmətini dərkedilməz adlandırıb və belə əlavə ediblər: Mötəbər hədisə əsasən, Allah-Taala Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın hiddətindən hiddətə gəlir və onun sevincinə sevinir ki, bundan yüksəyi insan üçün heç bir fəzlilət təsəvvürolunmazdır.

O həzrət qadının kimliyi, dəyərləri, hüquqları, vəzifələri, azadlıqları və məhdudiyyətlərini həyati və son dərəcə təyinedici məsələ adlandırıb və deyiblər ki: Bu çox mühüm məsələ qarşısında dünyada iki ümumi- Qərb və İslam yanaşması mövcuddur ki, bunlar bir-birilərinin qarşısında durublar.

Qərbin mədəniyyət və sivilizasiya sisteminin qadınların mühüm məsələləri barədəki bəhslərdən qaçmasına toxunan İnqilab Rəhbəri söyləyiblər: Qərblilər qadınlar barədə məntiqləri olmadığı üçün hər bir sual və mövzu qarşısında öz sözlərini qalmaqal, siyasi və qeyri-siyasi şəxsiyyətləri satın almaq, incəsənət, ədəbiyyat və sosial mediadan bir vasitə kiimi istifadə etmək, həmçinin qadınlara aid beynəlxalq mərkəzlərə yiyələnməklə yeritməyə çalışırlar.

Həzrət Ayətullahuluzma Xamenei Qərbdəki əxlaq pozğunluğu üzrə dəhşətli rəsmi statistikalara toxunublar: Nə üçün ailəni məhv edən hər məsələ günü-gündən Qərbdə daha da qabarıq forma alır və bunun müqabilində, hicablı qadınlara etiraz edənlərə qarşı heç bir ciddi tədbir görülmür?

O həzrət İslamın qadın məsələsilə rəftarını məntiqli, dəlilli və Qərbdəki rəftarın əksi adlandırıb və əlavə ediblər: Qadın məsələsi İslamın qüvvət cəhətlərindən biridir və təsəvvür olunmamalıdır ki, biz qadın məsələsində cavabdeh olmalıyıq.

İnqilab Rəhbəri insani dəyərlər və səxavət məsələsində qadın və kişi bərabərlyini İslamın güclü və dərk məntiqinin komponentlərindən adlandırıb və belə deyiblər: İnsani dəyərlər və mənəvi yüksəlişdə qadın və kişi mütləq şəkildə bir-birindən üstün deyillər və onların hər ikisi oxşar istedadla və öz cidd-cəhdləri həddində mənəvi yüksəliş yolunu keçməyə qadirdirlər.

Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: Mənəvi sahələrdə Allah-Taala Quranda hətta bəzən qadını kişidən üstün tutub və Fironun həyat yoldaşı və Həzrət Məryəm kimi qadınları bütün mömin insanlar üçün bir meyar kimi təqdim edibdir ki, bu yanaşma, kişilərin maddi və cismani şəraitlərinə görə, üstünlüktələblik vəziyyətini rədd edir.

İnqilab Rəhbəri qeyd ediblər ki, qadın və kişi öz ruhi və cismani imkanlarına görə, ailədə fərqli vəzifələrə malikdirlər. O həzrət əlavə ediblər: Bu əsasda, bəzilərinin mütləq şəkildə bəyan etdikləri “cinsiyyət bərabərliyi” şüarı yanlışdır və düzgün olan məsələ, “cinsiyyət ədaləti”dir.

Ədlət anlayışına, yəni hər şeyi öz yerində qoymağa işarə edən Həzrət Ayətullahuluzma Xamenei qadının övlad dünyaya gətirmək və övlad tərbiyə etmək kimi məxsus vəzifələrini qadının ruhi, cismani və emosional quruluşuna mütənasib vəzifə adlandırıb və deyiblər: Qadın və kişinin ailəvi vəzifələri fərqli olsa da, onların ailəvi hüquqları Qurani-Kərimin bildirdiyinə görə, eynidir.

İnqilab Rəhbəri meritokratiyanı qadınlar və kişilərə siyasi və ictimai məsuliyyətlərin yeganə dəlili və meyarı adlandırıblar.

O həzrət qadınların məşğələ və peşələrdə iştirakı şərtini onların əsas qadın məşğələsindən, yəni evdarlıq, övlad dünyaya gətirmək və analıqdan məhrum olmamaları adlandırıblar.

İnqilab Rəhbəri qadının ailəvi vəzifələrinin yerinə yetirilməsinə təkiddən sonra İslamın qadının ictimai iştirak məsələsindəki ikinci həssaslığını cinsi cazibələr təhlükəsi adlandırıb və söyləyiblər: İslamın hicab üzərində təkid etməsinin cəhətlərindən biri, cinsi cazibə təhlükəsi üçün məhdudiyyətin yaradılmasıdır ki, bu həssaslığa riayət olunmalıdır. Buna görə, hicab məhrumluq deyil, əksinə qadının təhlükəsizliyinin qorunmasına səbəb olan məsələdir.

O həzrət analıq rolunu insan həyatı və nəslin davamına zəmanət səbəbindən insanın yaranışındakı rolların ən mühümü və ən üstünü hesab ediblər.

O həzrət qadınların İran İslam Respublikasında elmi, ədəbi, idman və incəsənət sahələrindəki irəliləyişlərini inqilabdan əvvəlki dövrdən on dəfə çox adlandırıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button